Accessibility links

BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyada atəşkəslə bağlı qanun qəbul etməyə çalışır


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü Suriya boyu 30 günlük atəşkəs tətbiq etmək və şəhərlərin mühasirəsini qaldırtmaqla bağlı qanun layihəsi üzərində razılıq əldə edə bilməyib. Onlar şənbə yenidən bir araya gələrək səsvermə keçirəcəklərini bildirib.

Şura diplomatları cümə günü səsvermə keçirməyi planlaşdırırdı, lakin qanun layihəsi mətninə Rusiyanın narahatlıq və əlavələrini qətnaməyə daxil etmək üzərində gedən danışıqlar saatlarla heç bir razılıq əldə olunmadan davam edib.

“Biz razılıq əldə etməyə çox yaxın idik, amma boşluğu tam doldura bilmədik,” deyə İsveçin BMT-dəki nümayəndəsi Olof Şkooq bildirib. Şkooq küveytli həmkarı ilə birlikdə danışıqlara başçılıq edir.

O, vaz keçməyəcəklərini deyib, çünki hazırda Suriyadakı vəziyyət atəşkəs tələb edir. O danışıqların cümə gecəyədək davam edəcəyini və şuranın şənbə Nyu York saatı ilə gündüz 12-də bir araya gəlib səsvermə keçirəcəyini söyləyib.

Cümə günü danışıqlarda iştirak etməyən ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli Twitterdə yazıb ki, “Rusiyanın səsverməni ləngitməsi inanılmazdır.” O əlavə edib ki, “Suriya xalqı gözləyə bilməz.”

İsveç və Küveytin birgə irəli sürdüyü tələblərə zorakılıqlara azından 30 gün son qoymaq ki, əraziyə yardım daxil olsun, eləcə də xəstə və yaralılar təxliyyə edilsin. Onlar həmçinin şərqi Quta da daxil olmaqda dörd yerin mühasirəsinin qaldırılmasına çağırır.

“Biz bunun üzərində işləyirik və vaz keçmirik,” deyə Şkooq müxbirlərə bildirib. “Mən ümid edirəm ki, biz sabah güclü, mənalı və təsirli qanun qəbul edəcəyik,” o deyib.

“Biz bunu etməyə çox yaxınıq,” deyə Küveytin nümayəndəsi Mənsur əl-Otaini müxbirlərə bildirib. “Biz üzərində razılıq əldə olunmuş qətnamə layihəsi hazırlamağa çalışırıq,” o söyləyib.

O deyib ki, razılığın əldə olunmamasının əsas səbəblərindən biri qətnamənin ilk bəndidir. Belə ki, orada atəşkəsin İŞİD, əl-Qaidə və Nüsrə Cəbhəsi daxil olmaqla, terror qruplarına aid olmayacağı qeyd edilir.

Rusiya isə oraya “onlarla əlaqəsi” olan qrupların da siyahıya daxil edilməsini istəyir, lakin şuranın digər üzvləri Rusiyanın bu tələbini rədd edir, çünki Rusiya, misal üçün, Ağ Dəbliqələrin də terrorçularla əlaqəsi olduğunu iddia edir. Əksər digər ölkələr isə bununla qəti razılaşmır.

Şuranın 10 seçilmiş üzvü atəşkəslə bağlı razılığın dərhal əldə olunub, tətbiq olunmasına ehtiyacı vurğulayıb və qətnaməyə dəstək məqsədilə Təhükəsizlik Şurası önündə nümayiş keçirib.

Bu arada isə Suriya hökümətinə aid döyüş təyyarələri Rusiyanın dəstəyi ilə artıq altıncı gündür üsyançıların nəzarət etdiyi Quta anklavını bombardman etməyə davam edib və azı beş nəfəri öldürüb.

Suriyadakı döyüşlərə cavab olaraq ABŞ prezidenti Donald Tramp cümə günü “İran və Suriyanın bu yaxınlarda etdikləri humanitar rüsvayçılıqdır” deyib. O bu sözləri Ağ Evdə keçirilən mətbuat konfransı zaman söyləyib və əlavə edib: “Bu üç ölkənin qısa müddət ərzində oradaki insanlara etdikləri rüsvayçılıqdır.”

Orada döyüşlər Suriya ordusu və müttəfiq qüvvələr Dəməşq ətrafında hələ də silahlı müxalifətin nəzarətində olan ən son yerlərdən biri olan həmin ərazini geri almaq üçün genişmiqyaslı əmaliyyat başlayandan sonra artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG