Accessibility links

BMT Suriyada kimyəvi silahdan istifadə edilə biləcəyindən narahatdır [Video]


BMT Suriyada kimyəvi silahdan istifadə edilə biləcəyindən narahatdır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

BMT Suriyada kimyəvi silahdan istifadə edilə biləcəyindən narahatdır

Keçən il Xan Şeyxuna edilən sarin kimyəvi hücumunun təsirlərinə məruz qalan mülki vətəndaşların video görüntüləri beynəlxalq səviyyədə qəzəbə səbəb olmuşdu.

Bu hücum 2013-cü ildə baş verən və daha sonra Suriya höküməti tərəfindən kimyəvi silahlardan istifadənin qadağan olunması ilə nəticələnən Quta hücumundan sonrakı ən ölümcül kimyəvi hücum idi.

Sarin və xlorun sonradan istifadə edilməsi onu göstərdi ki, Suriya kimyəvi silahları təmamilə məhv etməyib.
"Hamımız bilirik ki, hər iki hökümət və Əl-Nusra kimyəvi silah hazırlamaq gücünə sahibdir.'' - deyə, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik bildirib.
Birləşmiş Millətlər Təşkilatı münaqişə tərəflərinə növbəti döyüşlərdə kimyəvi silahlardan istifadə etməməsi ilə bağlı xəbərdarlıq edib.

Suriya hökuməti üsyançılar tərəfindəni idarə edilən sonuncu əraziləri də geri qaytarmaqda qərarlıdır. Lakin ölkənin xarici işlər naziri cümə axşamı bildirib ki, Dəməşq vətəndaşların öldürülməsinin qarşısını almaq üçün əlindən gələni edir.

"Niyyətimizi nümayiş etdirmək üçün biz təslim olanların köməyi ilə hava limanı vasitəsilə vətəndaşları geri çəkməyə cəhd göstərdik. Ancaq Cəbhət əl-Nusranın döyüşçüləri bizim səylərimizə mane oldu. Onlar insanların çoxunu tutub və hazırda onları girov kimi saxlayırlar.''

Bunu Suriyanın yüksək vəzifəli diplomatı Moskvada mətbuat konfransında danışıb. Rusiya və İran Suriya prezidenti Bəşər Əsəd hökumətini dəstəkləyir. ABŞ, Türkiyə və Avropa Birliyi Suriya hökumətini öz xalqına qarşı etdiyi zülmlərinə görə tənqid edib. Rusiyanın xarici işlər naziri baş verməsi gözlənilən İdlib hücumundan öncə həmin ölkələrə mesaj göndərib.

"Biz Suriyada sabitliyi təmin etmək üçün göstərilən ortaq səyə yardım etmək adına Ərəb ölkələri, Avropa və ABŞ-dan birtərəfli geosiyasi layihələrdən imtina etməsinə çağırış edirik. Bu ölkənin sabitliyi Yaxın Şərq və Şimali Afrikanın təhlükəsizliyi və inkişafı üçün son dərəcə vacibdir." - deyə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

İdlib yeddi illik Suriya müharibəsindəki üsyançıların son qalasıdır. Şəhərin böyük hissəsinə Əl-Qaidə ilə əlaqəli döyüşçü qrup nəzarət edir. Ancaq ABŞ rəsmisi cümə axşamı qeyd edib ki, bölgədəki vətəndaşların sayı üsyançıların sayından daha çoxdur.

BMT İdlibdəki hərbi hücumun böyük humanitar fəlakətə çevrilə biləcəyini bildirərək bunun qarşısının alınması üçün daha çox danışıqlara çağırış edib. Hər iki tərəf bir-birlərini Suriya müharibəsi dövründə qadağan edilmiş kimyəvi silahlar istifadə etməkdə günahlandırır.

XS
SM
MD
LG