Accessibility links

BMT Suriyaya dair yeni missiyanın yaradılmasına çağırır


BMT baş katibi Ban Ki Mun Suriyanın kimyəvi silah proqramının məhvinə nəzarət üçün yeni birgə missiyanın başladılmasına çağırıb.

BMT Təhlükəsizlik Şurasına məktubunda cənab Ban BMT və Kimyəvi Silahların Qadağası Təşkilatından (KSQT) təxminən 100 nəfərlik missiya yaradılmasını təklif edib. Bu komanda Dəməşqdə yerləşə, təlimlərini isə Kiprdə ala bilər.

Missiyanın həyata keçməsi üçün Təhlükəsizlik Şurası onu təsdiq etməlidir. Şura məsələni bu həftə müzakirəyə çıxaracaq.

Cənab Banın planına görə, KSQT ekspertlərini Suriyanın silahları məhv etməsinə nəzarətə və obyektlərin yoxlanılması missiyasının texniki tərəflərinə rəhbərlik edəcək. BMT heyəti isə Suriya hökuməti və müxalifət arasında koordinasiyanı təmin edərək təhlükəsizlik, təchizat və kommunikasiya məsələlərinə cavabdeh olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG