Accessibility links

BMT: Türkiyə-Yunanıstan sərhədinə 13 mindən çox miqrant toplaşıb


Miqrantlar Türkiyədən Ege dənizi vasitəsilə Yunanıstanın Lesbos adasına gəlib.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Türkiyə prezidentinin ölkədəki qaçqınların Avropaya getməsinə icazə verildiyini bildirməsindən sonra 13 mindən çox miqrantın Türkiyə-Yunanıstan sərhədində toplaşdığını bildirib.

“Kiçik uşaqlı ailələr də daxil olmaqla, minlərlə miqrant soyuq gecədə Türkiyə və Yunanıstan sərhədini keçir”, Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir.

BMT agentliyi işçilərinin İstanbuldan insanların hərəkətini qeydə aldığını və ehtiyacı olanları humanitar yardımla təmin etdiyini bildirib.

Edirneden sərhədə doğru gedən miqrantların sayı gün ərzində İstanbuldan avtomobillər, taksilər və avtobusların gəlməsi ilə artıb.
Beynəlxalq Miqrasiya Təşkilatı

“Şənbə günü axşama qədər Türkiyə və Yunanıstan arasında 212 kilometrlik sərhəddə və paytaxtda çalışan işçilər rəsmi sərhəddəki Pazarküle və İpsala keçidləri və qeyri-rəsmi sərhəd keçidlərdə azı 13 min miqrantın toplaşdığını müşahidə ediblər”, bəyanatda qeyd edilib.

Agentlik işçilərinin “onlarla insandan və 3 mindən çox adamdan ibarət qrupları” müşahidə etdiklərini bildirib.

“Edirneden sərhədə doğru gedən miqrantların sayı gün ərzində İstanbuldan avtomobillər, taksilər və avtobusların gəlməsi ilə artıb” - deyə, Beynəlxalq Miqrasiya Təşkilatının Türkiyədəki missiyasının rəhbəri Lado Qvilava bəyanatda bildirib.

Onların çoxu kişilərdir, lakin biz uşaqlarla yola çıxan çox sayda ailələr də gördük”, o əlavə edib.

Miqrantlar Türkiyə-Yunanıstan sərhədində Pazaküledə toplaşıb, 29 fevral, 2020.
Miqrantlar Türkiyə-Yunanıstan sərhədində Pazaküledə toplaşıb, 29 fevral, 2020.

Miqrantların kütləvi şəkildə sərhədə doğru hərəkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqına Suriya münaqişəsi ilə bağlı təzyiq vasitəsi kimi qaçqınların Avropaya getməsinə imkan verməsi ilə hədələməsindən sonra başlayıb.

Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyən Türkiyə və Rusiya Türkiyə əsgərlərinin hava hücumları nəticəsində öldürülməsindən sonra yaranmış gərginliyin azaldılması məqsədi ilə danışıqlar aparıb. Moksva və Ankara arasında gərginlik müharibənin genişlənməsi və Avropada yeni miqrasiya böhranının yarana bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Sərhəd bölgəsində Yunanıstan polisi və bir neçə min miqrant arasında qarşıdurma yaranıb.

Yunanıstan 2015-ci ildə əksəriyyəti Suriyada vətəndaş müharibəsi qaçqınları olan təxminən bir milyon miqrant üçün Avropa İttifaqının əsas giriş nöqtəsi idi.

XS
SM
MD
LG