BMT-nin baş katibi Ban Ki-mun bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası Suriyaya qarşı beynəlxalq qanunları pozduğu üçün ciddi tədbirlər görməlidir. Suriyada davam edən müharibə səbəbi ilə milyonlarla insan humanitar yardım almaqda çətinlik çəkir.
Təhlükəsizlik Şurasına ünvanlanmış yeni hesabatda cənab Ban deyib ki, Suriya höküməti və üsyançı qüvvələr əhaliyə humanitar yardımın çatdırılmasında lazımı tədbirləri yerinə yetirmirlər.
O bildirib ki, döyüşən tərəflər mühasirələri qaldırmalıdır. İnsanların belə bir şəraitdə yaşamaları utandırıcıdır.
BMT-nin humanitar yardım təşkilatları birgə bəyanat yayımlayaraq, Suriyada hər iki tərəfin yardıma ehtiyac olduğu bölgələrə çıxışı məhdudlaşdırdığını bildirilib. Onlar üsyançıları və Suriya hökümət qüvvələrini yardıma ehtiyacı olanlara dəstək verməyə və mülki vətəndaşların yaşadıqları əraziləri bombalamamağa çağırıb.