Accessibility links

BMT Təhlükəsizlik Şurası Suriya barədə bəyanat açıqlayıb


BMT baş katibi Ban Ki Munun sözlərinə görə, Təhlükəsizlik Şurası Suriyaya dair öhdəliksiz sənədin təsdiqi barədə aydın mesaj göndərib. Sənəd Suriya hökumətini və müxalifəti ölkədəki qanlı münaqişəyə son qoymağa çağırır.

Malayziyada danışan cənab Ban deyib ki, Təhlükəsizlik Şurası Suriyada bütün zorakılıqlara eləcə də insan haqları pozuntularına qeyd-şərtsiz son qoyulmasına çağırıb.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə təşkilatı ölkədə hökumət qüvvələri ilə üsyançılar arasında zorakılıqların bu gün də davam etdiyini bildirib. Bu gün toqquşmalar əsasən Həma və Dəraa şəhərlərində baş verib. Fəallar habelə bildirir ki, hökumət qüvvələri Türkiyə sərhədi yaxınlığında bir nəfəri öldürüb və 12 nəfəri yaralayıb.

Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klinton Təhlükəsizlik Şurasının güclü bəyanatı barədə açıqlama verərək deyib ki, prezident Bəşar Əl-Əsəd hökuməti öhdəlikləri yerinə yetirməlidir.

XS
SM
MD
LG