Accessibility links

Dünya liderləri BMT-də toplaşır


Keçən il illik toplantı üçün video bəyanatlar göndərməyə məcbur olan dünya liderləri həm iqlim dəyişikliyi, həm də COVID-19 pandemiyası ilə mübarizə səylərini gücləndirmək məqsədi ilə bu həftə Nyu Yorka qayıdır.

Koronavirusun yayılması davam edərkən 193 üzvlü Birləşmiş Millətlər Tşəkilatının təxminən üçdə biri yenidən video göndərməyi planlaşdırır. Lakin prezidentlər, baş nazirlər və xarici işlər nazirləri ABŞ-a səfər etməlidir. ABŞ prezidenti Co Bayden toplantıda şəxsən iştirak edəcək. Bu, onun prezident seçilməsindən sonra BMT-də ilk çıxışı olacaq.

ABŞ Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının "super yayıcı bir tədbir" halına gəlməməsi üçün liderləri Nyu Yorka gəlməkdən çəkindirməyə çalışıb. BMT-nin şərəf sistemi deyilən qaydaya görə akt zalına girən hər kəsin peyvənd vurdurduğunu bəyan etməsi lazımdır, ancaq sübut təqdim etmək məcburi deyil.

İlk ölkə - Braziliya danışdıqda bu sistem pozulacaq. Vaksinasiyaya skeptik yanaşan Braziliya Prezidenti Jair Bolsonaro keçən həftə COVID-19-a yoluxduqdan sonra immunitetə malik olduğu deyib. Fikrini dəyişərsə Birləşmiş Millətlər Təşkilatının xaricində bir həftə ərzində pulsuz test və bir dozalı Johnson & Johnson peyvəndinin vurulması üçün mikroavtobus xidmət göstərəcək.

Bayden Vaşinqtondan liderlər və icra başçıları ilə peyvəndlərin dünya miqyasında yayılmasını artırmağı hədəfləyən virtual bir görüşə ev sahibliyi edəcək.

Birləşmiş Millətlər Təşkilatının toplanması ilə əlaqədar ABŞ-da COVID-19 narahatlıqlarını nümayiş etdirən Bayden təxminən 24 saat Nyu-Yorkda olacaq, Bazar ertəsi günü BMT-nin baş katibi Antonio Guterreş ilə görüşəcək və Bolsonarodan dərhal sonra çərşənbə axşamı günü BMT-də ilk çıxışını edəcək.

XS
SM
MD
LG