Accessibility links

BMT-nin Ukraynada sülhümühafizə missiyası ideyası tərəfdarlarını yığır


BMT-nin Ukraynanın şərqində sülhümühafizə missiyasının mövcudluğu bir il ərzində yerli seçkilərin keçirilməsi üçün zəmin yarada bilər. Bu haqda yeni hesabatda bildirilir.

ABŞ-ın Ukraynada xüsusi nümayəndəsi Kurt Volker bir neçə ay bundan əvvəl sülhməramlı qüvvələrin göndərilməsi təklifi ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putin BMT-nin kiçik kontingentinin yerləşdirilməsi ideyasına dəstək verə biləcəyinə işarə edib.

ABŞ-ın Ukraynada xüsusi nümayəndəsi Kurt Volker
ABŞ-ın Ukraynada xüsusi nümayəndəsi Kurt Volker

NATO-nun keçmiş baş katibi, hazırda isə Ukrayna prezidentinin müşaviri olan Anders Foq Rasmussenin tapşırığı ilə hazılanmış yeni hesabatda İsveç başda olmaqla alyansa üzv olmayan ölkələrdən 20 min nəfərdən ibarət sülhümühafizə missiyasının yerləşdirilməsinə çağırılır. Belə bir missiyanın Ukraynanın şərqində 2015-ci ildə əldə edilmiş Minks razılaşmalarının əsas müddəalarından birində nəzərdə tutulduğu kimi 12 ay müddətində yerli seçkilərin keçirilməsinə imkan yarada biləcəyi ilə bağlı ümid ifadə edilib.

Hesabat bu həftə Münhendə üç gün müddətində keçiriləcək Təhlükəsizlik Konfransında bütün tərəflərin rəsmilərinə təqdim ediləcək. ATƏT-in Xüsusi Monitorinq Missiyasının başçısının birinci müavini Aleksandr Huq Amerikanın Səsinə müsahibəsində hesabata dəstəyini bildirib.

ATƏT-in Xüsusi Monitorinq Missiyasının başçısının birinci müavini Aleksandr Huq
ATƏT-in Xüsusi Monitorinq Missiyasının başçısının birinci müavini Aleksandr Huq

“Bu, münaqişəyə son qoymaq üçün səlahiyyətlərə malik olan şəxslərin iradəsindən asılı olan bir məsələdir. Vəziyyətin bundan sonra da monitorinqinin davam etdirilməsi, eləcə də bütün başqa vasitələr də daxil olmaqla, bunun baş verməsinə imkan verəcək hər hansı əlavə tədbirləri alqışlamaq lazımdır. BMT-nin Ukraynanın şərqində potensial missiyasına gəldikdə, bu, BMT Təhlükəsizlik Şurasının çıxarmalı olduğu bir qərardır”, o bildirib.

Huq deyib ki, ərazidəki mülki müşahidəçilər çox zaman cəbhə xəttində öz işlərini görən zaman məhdudiyyətlərlə qarşılaşır.

ATƏT münaqişənin 2018-ci ilin ilk həftələrində gücləndiyi ilə bağlı xəbərdarlıq edib. Təkcə bir gün ərzində atəşkəsin bir dəfə min dəfəyə qədər pozulması hallarının qeyd edildiyi bildirilir.

Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmilərindən ibarət Normandiya dördlüyü adı ilə tanınan qrup fevralın 16-dan başlayaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişə ilə bağlı müzakirələr aparacaq. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya hər hansı sülhümühafizə missiyasının göndərilməsi təşəbbüsünə veto qoymaq hüququna malikdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG