Accessibility links

BMT: Ukrayna vətəndaşları münaqişə nəticəsində insan haqları pozuntularının qurbanına çevrilir


Arxiv fotosu - Ukrayna əsgəri Avdiivka kəndini tərk etməyə hazırlaşan qadınları qoruyur, 5 fevral, 2017.
Arxiv fotosu - Ukrayna əsgəri Avdiivka kəndini tərk etməyə hazırlaşan qadınları qoruyur, 5 fevral, 2017.

Ukraynada münaqişənin beşinci ilə keçdiyi ərəfədə BMT bildirir ki, mülki vətəndaşlar həm Kiyev hökuməti, həm də Ukraynanın şərqində Donetsk və Luqansk regionlarında Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən geniş yayılmış insan haqları pozuntuları və sui-istifadə hallarının qurbanı olaraq qalır. BMT-nin İnsan Haqları Ofisinin açıqladığı hesabatda avqustun ortalarından noyabr ayının ortalarına qədər üç ay müddətində durum əks etdirilir.

Ukraynada 2014-cü ilin avqust ayında başlayan münaqişədə bir durğunluq müşahidə edilir. Lakin bu, münaqişədə iştirak edən tərəflərin mülki əhalinin təmas xəttinin hər iki tərəfində hüquqlarını kobud şəkildə pozmasının qarşısını almayıb. Bununla Ukrayna qüvvələri və Rusiyanın dəstəklədiyi separatçı üsyançıları ayıran 500 kilometrlik zona nəzərdə tutulur.

BMT insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı, o cümlədən, azadlıqdan məhrum edilmə, yoxa çıxmalar, işgəncə və pis rəftar, seksual təcavüz və qanunsuz və məhkəməsiz həbslər kimi yüzlərlə halı sənədləşdirib.

Arxiv fotosu - Ukraynanın şərqində Avdiivka sakinləri kəndi tərk edir, 5 fevral, 2017.
Arxiv fotosu - Ukraynanın şərqində Avdiivka sakinləri kəndi tərk edir, 5 fevral, 2017.

Hesabatda Ukraynada iqtisadi durumun pisləşməsi nəticəsində əhalinin qarşılaşdığı çətinliklər təsvir edilir. BMT-nin İnsan Haqları üzrə komissarının müavini Keyt Gilmor deyib ki, əhalinin böyük hissəsi münaqişə nəticəsində yaranmış iqtisadi-sosial problemlərdən əziyyət çəkir. Onun sözlərinə görə, yaşlı insanlar, uşaqlar, fiziki qüsurları olan və münaqişə nəticəsində məcburi köçkün olmuş şəxslər xüsusilə həssas durumdadır.

Ukrayna əsgəri Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın şərqində Şirokinedə cəbhə xətti yaxınlığında mövqe qurub, 28 noyabr, 2018.
Ukrayna əsgəri Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın şərqində Şirokinedə cəbhə xətti yaxınlığında mövqe qurub, 28 noyabr, 2018.

“Təmas xətti boyu hərəkət etmək hüququna qoyulmuş qeyri-proporsional məhdudiyyətlər insanların təqaüd və sosial müavinətlər kimi sosial imkanlarını pozmağa davam edir. Bu isə öz növbəsində, onların su, təmizlik, istlik və səhiyyə xidmətləri üçün vacib olan əsas xidmətlərdən istifadə imkanını məhdudlaşdırır” – deyə, o bildirib.

BMT-nin hesabatında Rusiya Krımda işğalçı qüvvə kimi beynəlxalq öhdəliklərini pozmağa davam etdiyinə görə kəskin tənqid edilir.

Hesabatda fərqli düşüncənin boğulması, qorxu yaradılması və insanların ifadə, birləşmək və dinc toplaşmaq azadlıqları da daxil olmaqla, insan hüquqlarının pozulduğuna dair onlarla hal sənədləşdirilib. Bu halların Krım tatarlarına qeyri-proporsional şəkildə tətbiq edildiyi xüsusi vurğulanır.

XS
SM
MD
LG