Accessibility links

BMT Ukraynanın şərqində və Rusiyanın ilhaq etdiyi Krımda insan haqları pozuntularını pisləyir


z
z

Birləşmiş Millətlər Təşkilatı Ukraynanın şərqində həm hökümətin həm də separatçıların nəzarət etdiyi ərazilərdə insan haqları pozuntularının cəzalandırılmadıqlarını bildirir. Bu həftə BMT-nin insan haqları şurasının nəzərdən keçirdiyi hesabatda həmçinin Krımın rusiyalı işğalçılarının etdiyi pozuntular da qeydə alınıb.

Hesabatda Ukraynanın şərqindəki ümumi vəziyyəti tənqid olunsa da, prezident Volodimir Zelenskinin başçılıq etdiyi yeni hökümətin ölkədə müsbət dəyişikliklər edəcəyinə dair nikbinlik yer alır.

Ukrayna prezidenti Volodimir Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski

Hesabatda bildirilir ki, Ukraynanın şərqində Ukrayna höküməti və Rusiyanın dəstəklədiyi separatçılar atəşkəsə əməl edir. Bundan əlavə Ukraynanın Korrupsiya Əleyhinə Məhkəməsinin fəaliyyətə başladığı bildirilir.

Hesabatda yeni təyin olunmuş baş prokuror və baş hərbi prokuror təmas xəttinin hər iki tərəfində münaqişə ilə əlaqəli olan və digər insan haqları pozuntularını dərhal təhqiq etməyə çağırılır.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Keyt Gilmor deyir ki, təmas xəttinin hər iki tərəfində keçmişdə və indi insan haqlarını pozanlar ədalətə cəlb olunmalıdır. O, qondarma Donetsk və Luhansk xalq respublikalarının rəsmilərini çox sayda tələblərə baxmayaraq BMT müşahidəçilərinə ərazilərinə və saxlama müəssisələrinə daxil olmağa icazə verməməkdə ittiham edib.

Öz vətəndaşlarının insan haqlarına açıq-aşkar hörmət göstərməyən, həm öz ölkəsində həm də xaricdə insan haqlarını pozan Rusiya insan haqları pozuntularının qarşısını almaq və insan haqlarını pozanları cəzalandırmaq məqsədilə yaranan bu quruma daxil olmaq istəyi ilə mənəvi cılızlıq edir.
Sirgiy Kislitsya


“Buna baxmayaraq biz bu ərazilərdə insan haqları pozuntularını sənədlişdirməyə davam edirik. Buna insanların ixtiyari həbsi, insanların fundamental azadlıqlarının təmin olunmaması və daimi qorxu mühitinin olması daxildir”, o deyib.

Gilmor həmçinin Rusiya Federasiyanın Krım Yarımadasında işğalçı qüvvə olaraq etdiyi pozuntuları tənqid edib. Hesabatda vurğulanan pozuntulara ifadə azadlığına məhdudiyyətlərin tətbiq olunması, qorunma statusu olan insanların deportasiya edilməsi, insanların orduya məcburi çağırılması və xüsusilə Krım tatarlarının evlərində reydlər və axtarışın aparılması daxildir.

Ukraynanın xarici işlər nazirinin müavini Sergiy Kislitsya Rusiyanın Krımı ilhaq etməsini qınayıb və Moskvanı Ukrayna vətəndaşlarının altı ildir Rusiyanın başlatdığı müharibədən əzab çəkmələrinə səbəb olmaqda günahlandırıb.

"Öz vətəndaşlarının insan haqlarına açıq-aşkar hörmət göstərməyən, həm öz ölkəsində həm də xaricdə insan haqlarını pozan Rusiya insan haqları pozuntularının qarşısını almaq və insan haqlarını pozanları cəzalandırmaq məqsədilə yaranan bu quruma daxil olmaq istəyi ilə mənəvi cılızlıq edir.”, Kislitsya deyib.

Rusiya 47 üzvlük İnsan Haqları Şurasına namizədliyini irəli sürüb. Ukrayna naziri deyib ki, əgər Rusiya insan haqlarının ən böyük müdafiəçisi olan BMT qurumuna seçilsə bu, “ədalətin ələ salınması” olacaq.

XS
SM
MD
LG