Accessibility links

BMT Ukraynanın şərqində etnik azlıqlara qarşı törədilən zorakılıqlardan narahatdır


Birləşmiş Millət Təşkilatının müşahidəçiləri bildirir ki, Kiyev və rusiyapərəst separatçılar arasında siyasi böhran davam edərkən, Ukraynanın şərqində hökümət əleyhdarları tərəfindən törədilən zorakılıqlar insan haqqlarının pisləşməsinə səbəb olub.

BMT-nin insan haqları rəhbəri Navi Pillay deyib ki, təmsilçilər Krımda etnik aznıqların hüquqlarının pozulduğunu qeydə alıblar.

Rusiya rəsmiləri BMT-nin bəyanatını siyasi motivli və qeyri-obyektiv adlandırıb.

Ukraynanın Donetsk və Luqansk vilayətində separatçılar referendum keçirərək müstəqilliyini elan ediblər. Separatçı liderlər may ayının 25-də keçirilməsi nəzərdə tutulmuş prezident seçkilərinin ölkənin şərqində keçirilməyəcəyini bildirib.

Separatçı liderlər Donetskdə çıxışları zamanı Moskvadan rəsmi olaraq regionun Rusiya Federasiyasına daxil edilməsini xahiş etdiklərini deyib.

Ancaq Rusiyanın Interfaks xəbər agentliyinin yaydığı məlumata əsasən Rusiyanın xarici işlər nazirliyinin sözüçüsü “Donetsk Xalq Respublikası"ndan Rusiyaya birləşməyə dair rəsmi tələb gəlmədiyini deyib.
XS
SM
MD
LG