Accessibility links

BMT və NATO Kabildəki hücumları pisləyir


Antonio Guterres
Antonio Guterres

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş cümə axşamı Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında baş verən tələfatlı hücumu pisləyib. Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik məlumat verib.

Taliban və Rusiya rəsmiləri Quterreşin “terror” adlandırdığı hücumda azı 13 nəfərin öldüyünü bildirib. Hücum Talibanın Əfqanıstanın nəzarətini ələ keçirməsindən sonra minlərlə əfqanın hava limanına toplaşdığı bır vaxt baş verib.

Pentaqonun sözçüsü Con Kirbi deyib ki, “ABŞ-ın bir neçə hərbi qulluqçusu öldürülüb.”

BMT-nin sözçüsü Dujarrik mətbuat brifinqi zamanı müxbirlərə deyib ki, “Bu insident Əfqanıstandakı vəziyyətin dəyişklənliyini vurğulayır, eyni zamanda isə bizim əfqan xalqına dəstək məqsədilə ölkə boyu təcili yardım çatdırmağı davam etmək qətiyyətimizi gücləndirir.”

NATO-nun baş katibi Yens Stoltenberq Twitter-də “qorxunc terror hücümunu şiddətlə” qınadığını bildirib və deyib ki, “mümkün qədər çox insanı mümkün qədər tez bir zamanda evakuasiya etmək” alyansın prioriteti olaraq qalır.

Talibanın sözçüsü Suhail Şahin deyib ki, “Biz bu dəhşətli insidenti şiddətlə qınayırıq və günahkarları məsuliyyətə cəlb etmək üçün hər bir addımı atacağıq.”

ABŞ rəsmisi deyib ki, hücumu İslam Dövləti qrupunun həyata keçirdiyi güman olunur.

İslam Dövləti qrupu hücumun məsuliyyətini üzərinə alıb.

Britaniyanın Baş naziri Boris Conson hücumları “barbar” adlandırıb. O həmçinin deyib ki, hücumlar evakuasiyaları avqustun 31-dən öncə“bizə qalan saatlarda ən tez və səmərəli şəkildə” davam etdirməyin vacibliyini vurğulayır.

İlk hücumdan sonra Britaniyanın nəqliyyat nazirliyi aviasiya şirkətlərinə Əfqanıstan üzərində 7620 metrdən alçaq məsafədə uçmamalarına dair göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG