Accessibility links

BMT: Venesuela didərginlərinin sayı 4 milyonu ötüb


BMT bildirir ki, ötən illər ərzində Venesuelanı tərk edənlərin sayı 4 milyonu ötüb.

Təşkilatın qaçqınlar üzrə agentliyi (UNHCR) noyabrdan sonra venesuelalı qaçqın və mühacirlərin sayının 1 milyona qalxdığını bildirir.

Bu, o deməkdir ki, Nikolas Maduro ötən il qeyri-legitim seçkilərdə qələbə qazandığını elan etdikdən sonra didərginlərin sayı kəskin artıb.

Agentlik bildirir ki, venesuelalı qaçqınların pənah apardığı əsas Latın Amerikası ölkələri Kolumbiya (1.3 milyon) və Perudur (768,000).

Bu açıqlama UNHCR elçisi Anjelina Colinin əraziyə səfəri ərəfəsində verilib.

Həm də məşhur aktrisa kimi tanınan Coli Venesuela-Kolumbiya sərhədində iki gün vaxt keçirərək didərginlərin durumunu nəzərdən keçirəcək.

XS
SM
MD
LG