Accessibility links

BMT Xaşuqcinin yoxa çıxmasının təfərrüatlarının araşdırılmasına çağırır


BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet
BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet

BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet Səudiyyə Ərəbistanı və Türkiyəni səudiyyəli jurnalist Camal Xaşuqcinin yoxa çıxması və mümkün qətli ilə əlaqədar mövcud bütün informasiyanı təqdim etməyə çağırıb.

Camal Xaşuqcini sonuncu dəfə iki həftə bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduğu zaman görüblər.

Xaşuqcinin konsulluğa oktyabrın 2-də daxil olduqdan sonra yoxa çıxmasına baxmayaraq, Türkiyənin tibbi ekspertiza ekspertlərinin Səudiyyə Ərəbistanının nümayəndəliyində axtarış aparmasına yalnız oktyabrın 15-də icazə verilib.

Türkiyə polisi İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunun qarşısında, 15 oktyabr, 2018.
Türkiyə polisi İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunun qarşısında, 15 oktyabr, 2018.

BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet bu adddımı alqışlasa da, yeni səylərə ehtiyac olduğunu qeyd edib. O, Türkiyə və Səudiyyə Ərəbistanını Xaşuqcinin yoxa çıxması ilə bağlı vaxtında, dəqiq və şəffaf təhqiqat aparmağa çağırıb.

Mişel Baçelet həm də Səudiyyə Ərəbistanı rəsmilərinin 1963-cü il Vyana konvesiyasına müvafiq olaraq verilmiş diplomatik toxunulmazlığının aradan qaldırılmasını istədiyini bildirib. Onun rəsmi nümayəndəsi Rupert Kolvill Amerikanın Səsinə bildirib ki, Baçelet heç bir maneə olmadan tam araşdırılma aparılmasını istəyir.

Vaşinqtonda Səudiyyə Ərəbistanının səfirliyi qarşısında jurnalist Camal Xaşuqcinin yoxa çıxmasına etiraz olaraq keçirilən aksiyanın iştirakçısı
Vaşinqtonda Səudiyyə Ərəbistanının səfirliyi qarşısında jurnalist Camal Xaşuqcinin yoxa çıxmasına etiraz olaraq keçirilən aksiyanın iştirakçısı

“Biz konsulluq, baş konsulun iqamətgahı, video görüntülərdə göstərilmiş maşınlar və hər yeri təhqiq etmək üçün diplomatik toxunulmazlığın tam aradan qaldırılacağına ümid edirik. Sadə dillə desək, təhqiqatçıların istədikləri hər şeyi təhqiq etməsi üçün imkanı olmalıdır”-deyə, o bildirib.

Kolvillin bildirdiyinə görə, Xaşuqcinin konsulluğa daxil olduğu, lakin bundan sonra onu heç kimin görmədiyinə dair dəlili-sübutlar var. Onun sözlərinə görə, beləliklə, jurnalistin yoa çıxmasının təfərrüatlarının müəyyən edilməsi ilə bağlı məsuliyyət Səduiyyə Ərəbistanı hökumətinin üzərinə düşür.

Beynəlxalq icitmaiyyət hadisənin təfərrüatları ilə bağlı izahat almaq üçün Səudiyyə Ərəbistanına təzyiqləri artırır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG