Accessibility links

Pens: Dövlət Departamenti BMT-nin yardım səylərinin maliyyələşdirməsini dayandırır


ABŞ-ın vitse-prezidenti Dövlət Departamentinin BMT-nin effektiv olmayan yardım səylərinin maliyyələşdirməsini dayandıracağını bəyan edib.

Mayk Pens deyib ki, bunlara Yaxın Şərqdəki azlıqların dini təqiblərə qarşı səylər də daxildir. O, bu səylərə görə ABŞ-ın birbaşa Beynəlxalq İnkişaf Agentliyini maliyyələşdirəcəyini bildirib.

Pensin bəyanatı Xristianların Müdafiəsi qrupu ilə ötən gecə təşkil edilən şam ziyafətində açıqlanıb. Bu qrup Yaxın Şərqdə təqiblərə məruz qalan xristianları müdafiə edir.

“Biz artıq soyqırımlarla üzləşən xristianlar və digər azlıqların müdafiəsində BMT-yə etibar etməyəcəyik. ABŞ əl birliyi ilə inançına görə təqib edilənlərə yardım edən özəl təşkilatlarla çalışacaq”, Pnes bildirib.

Vitse-prezident deyib ki, BMT iztirab içərisində olan azlıqlara yardım səylərində uğursuz olub.

Pens BMT-nin hansı ölkələrdə nailiyyət əldə edə bilməməsini deməsə də, dəyişikliklər zamanı gəldiyini vurğulayıb.

O deyib ki, xristianlar İraq, Suriya, Misir və Livan kimi qədim köklərə malik olan ölkələrdə misilsiz təzyiqlər altındadır.

XS
SM
MD
LG