Accessibility links

BMT: Yəməndə 14 milyon insan aclıq təhlükəsi ilə üzləşir


Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli rəsmisi xəbərdarlıq edir ki, humanitar yardım işçiləri Yəməndə ərzaq çatışmazlığına qarşı mübarizədə məğlub olur və 14 milyon insan yaxın gələcəkdə aclqıla üzləşə bilər.

BMT-nin humanitar məsələlər üzrə katib müavini Mark Loukok çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasında bu təhlükə barədə danışıb.

"Mənim təhlilim, sizə məsləhətim odur ki, hazırda Yəməni qaçılmaz aclıq təhlükəsi bürüyüb. Bu aclıq təhlükəsi bu sahədə çalışan insanların iş həyatlarında rast gəldikləri hər hansı aclıq böhranından daha ciddidir", o deyib.

Hazırda, Birləşmiş Ştatlar və tərəfdaş idarələr hər ay ölkənin hər bir vilayətində səkkiz milyon insanı kritik yardımla təmin edir. Bu, dünya boyu aparılan ən böyük yardım əməliyyatıdır və bu il 3 milyard dollara çatıb. 3 milyard dolların 2 milyardını BMT donorlardan əldə edib. Loukok xəbərdalrıq edib ki, əgər aclqıal üzləşən insanların sayı artsa yardım əmliyyatı çətinliklərə üzləşə bilər.

O deyib ki, dörd ildir davam edən münaqişə və sağ qalmaq mübarizəsindən sonra, milyonlarla yəmənli fiziki baxımdan təhlükəyə daha açıqdıq, çünki onlar aclıq, vəba və digər xəstəliklərə tab gətirə bilmir.

Ərzaq böhranına əsas səbəb Yəmənin milli iqtisadiyyatının çökməsidir.

XS
SM
MD
LG