Accessibility links

BMT Yəməndə partlayış nəticəsində 7 uşağın ölümünü kəskin pisləyib


BMT-nin humanitar yardım koordinatoru üsyançıların nəzarətində olan paytaxt Sənada həftə sonu baş vermis güclü partlayış nəticəsində yeddi uşaq da daxil olmaqla 13 mülki vətəndaşın öldürülməsini pisləyib.

Bazar ertəsi açıqladığı bəyanatında Lisa Qrande qətlləri “ağlasığmaz, dəhşətli ölüm” adlandıraraq, qurbanların ailələrinə başsağlığı ifadə edib.

Bazar günü anbarda baş vermis partlayışın səbəbləri hələ də məlum deyil. Yəmən rəsmiləri partlayış nəticəsində 100-dən çox insanın yaralandığını və yaxınlıqdakı məktəblərə zərər dəydiyini bildirib.

Paytaxt Sənada Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən hava hücumundan sonra dağıntılar
Paytaxt Sənada Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən hava hücumundan sonra dağıntılar

2014-cü ildə paytaxt Sənaya nəzarəti ələ keçirən husilər bildirib ki, anbar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumu zamanı hədəf alınıb. Koalisiya həmin ərazidə hava hücumlarının keçirilmədiyini bildirib.

Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti üsyançıların anbarda silah saxladıqlarını bildirib.

Yəməndə münaqişə nəticəsində on minlərlə insan həyatını itirib. Ölkədə milyonlarla insan aclıq fəlakəti qarşısındadır. BMT ölkədəki vəziyyəti dünyada ən pis humanitar böhranlardan biri adlandırır.

XS
SM
MD
LG