Birləşmiş Ştatlar bildirir ki, Yəməndə vəba epidemiyası dərinləşir, çünki xəstəliyə qarşı mübarizə üçün maliyyə çatışmır.
Baş katib Antonio Quterreşin sözçüsü deyib ki, bu il 460 mindən çox insanın vəbaya yoluxduğu, 705 insanın isə öldüyü təxmin edilir. Ötən il isə 380 min xəstə, 70 ölüm halı olmuşdu.
Rəsmilər deyir ki, sellər, tullantıların pis idarə edilməsi və içməli su çatışmazlığı vəbanın yayılmasına gətirib çıxarıb.
İnsanlar vəbaya çirklənmiş su işmək nəticəsində yoluxur.
Yəmənlilər vəba ilə yanaşı yoxsulluq, aclıq və Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın İranın dəstəklədiyi Husi üsyançılarına qarşı apardığı hava hücumlarından əziyyət çəkir.
Hava hücumları məhəllələr və xəstəxanların dağılması, minlərlə insanın ölümünə səbəb olub.