Accessibility links

BMT yarım milyon qaçqının axınına hazırlaşır


BMT agentlikləri Talibanın hakimiyyəti altında təqiblərdən və münaqişədən qaçaraq təhlükəsizlik axtaran yüz minlərlə əfqan qaçqının mümkün axınına hazırlıq olaraq təxminən 300 milyon dollar yardıma çağırış edirlər.

BMT-nin qaçqın agentliyi və tərəfdaşları ən pis halda Əfqanıstanın qonşu ölkələrinə 515 mindən çox qaçqının keçməsinə hazırlaşırlar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements deyir ki, regiondakı ölkələrin böyük qaçqın axınını dəstəkləməsi üçün maddi və material yardımla təmin etmək üçün hazırlıqlar aparılır.

O deyir ki, humanitar yardımı artırmaq üçün milli hökumətlərlə danışıqlar aparılır. O qeyd edir ki, təklif olunan regional cavab plan bu prosesin mühüm hissəsidir.

“Hələ ki, əfqanların böyük axınının şahidi olmasaq da, Əfqanıstandakı vəziyyət hər kəsin gözlədiyindən çox daha sürətli şəkildə dəyişib. Ona görə də, biz hər ehtimala hazır olmalıyıq. Bu isə resurs, hazırlıq və vaxt tələb edir,” Klements deyib.

Böyük ehtimalla yardımın böyük hissəsi onillərdir 2.2 milyon əfqana ev sahibliyi edən İran və Pakistana gedəcək.

Klements deyir ki, bu hökumətlər 40 il boyu əfqan qaçınlara sığınacaq verərək cömərtlik sərgiləyiblər.

“Əlavə təcili maddi yardım bizə əsas yardım əşyalarını hazırlamağa və fövqəladə müdaxilələrə hazır olmağa imkan yaradacaq. Ələlxüsus da İrandakı kritik COVID vəziyyətini nəzərə aldıqda, bizim tibbi yardıma böyük ehtiyacımız var. Həm qaçqınlar, həm də ev sahibliyi edən ölkələrin müdafiəsi və onların vaksinlərlə çıxışının olması mühümdür,” o deyib.

Toplanan maddi yardım ilin sonundək əfqan qaçqınlara dəstək verən 11 BMT idarəsi və QHT-nin humanitar əməliyyatlarına yönələcək. Təşkilatlar qaçqınları ərzaq, sığınacaq, tibbi yardım, təhsil, müdafiə və başqa zəruri humanitar yardımlar təmin edəcək.

XS
SM
MD
LG