Accessibility links

Yəmən görünməmiş bir aclıqla üzləşır


Yəmən görünməmiş bir aclıqla üzləşır
please wait

No media source currently available

0:00 0:01:49 0:00

BMT-nin huimanitar yardımlar üzrə rəsmisinin bildirdiyinə görə, Yəmən görünməmiş bir aclıqla üzləşır. Mark Lovkok BMT Təhlükəsizlik Şurasına müharibənin viranə qoyduğu bu ərəb ölkəsinin hər şeydən çox aclıqdan əzab çəkdiyini deyib.

Hökumət qüvvələri ilə Huti döyüşçüləri arasında gedən döyüş bölgələrindən qaçan sakinlər ərzaq çatışmazlığı ilə üzləşir. Bəzi bölgələrdə aclıq çəkən uşaqlar vəba və difteriya xəstəliklərindən ölür. Fəyza Um Burhan: “Mənim qızım qəftlətən xəstələndi və biz onu müalicə etməyə çalışdıq. Lakin o, iki gündən sonra öldü. Biz onu dəfn etdiyimiz zaman onun qardaşı xəstələndi. Biz onu Sənaya həkimə apardıq, lakin o da öldü.”

BMT-nin humanitar yardımlar üzrə rəsmisi Yəməndə ölüm hallarının əsas səbəbinin aclıqla əlaqədar olduğunu deyir. Mark Lovkok: “Biz ölüm hallarının çoxunun gizlədildiyini də bilirik. Yəməndəki sağlamlıq ocaqlarının yalnız yarısı fəaliyyət göstərir və yəmənlilərin çoxunun imkanı olmadığı üçün onlar açıq olan xəstəxanalara gedə bilmir.”

Mark Lovkok bundan əvvəlki hesablamalara istinad edərək deyib ki, Yəməndə aclıq və xəstəliklərdən hər gün 5 yaşadək 130 uşaq ölür. O, vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib. “Mənim verdiyim qiymət, mənim məsləhətim bundan ibarətdir ki, hazırda Yəməndə indiyə qədər bu sahədə çalışan heç bir kəsin görmədiyi böyük və qaçılmaz aclıq təhlükə var.”

BMT rəsmilərinin dediyinə görə, hazırda Yəməndə 1.8 milyon uşaq aclıqdan əziyyət çəkir və onlardan 400 mininin vəziyyəti çox ağırdır. Lovkok bölgədə döyüşlər dayandırılmadığı təqdirdə, aclığın bütün ölkənı bürüyəcəyi barədə xəbərdarlıq edib. O, ərzaq yardımının 29 milyon əhaliyə kifayət etməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG