Accessibility links

BMT: Əfqanıstanda mülki vətəndaşlar arasında ölüm halları 25 faiz artıb


BMT-nin bu gün açıqladığı yeni hesabata görə, zorakılıqlarn nəticəsində həlak olan əfqan mülki vətəndaşların sayı keçən illə müqayisədə 25 faiz artıb və 2009-cu ildən bəri ən yüksək göstəricidir.

BMT Əfqanıstana Yardım Missiyası (UNAMA) bildirib ki, döyüşlər zamanı 3 min 699 mülki vətəndaş ölüb, 6 min 849 nəfər isə yaralanıb. Ölənlər arasında rekord sayda qadın və uşaq var.

Hesabata görə, insanların məskunlaşdığı ərazilərdə zorakılıqların sayı artıb. Bu hücumlarda həm, partlayıcı maddələrdən, həm də intiharçı hücumlarından istifadə edilib.

Başqa bir faktor kimi 2014-cü ildə beynəlxalq qoşunların ölkədən çıxaraq məsuliyyəti Əfqanıstan təhlükəsizlik qüvvələrinə həvalə etməsidir.

Hesabatda deyilir ki, 2014-cü ildə insan tələfatının 72 faizinə görə, Taliban və digər yaraqlı qruplar, 14 faizinə görə isə Əfqanıstan və beynəlxalq qoşunlar məsuliyyət daşıyır.

XS
SM
MD
LG