Accessibility links

BMT yoxsul ölkələrə koronavirusla mübarizə üçün yardıma çağırır


Birləşmiş Millərlər Təşkilatı koronavirusla mübarizə üçün milyardlarla dollar dəyərində yardım verilməsinə çağırır və bu pulun “milyonlarla həyatı qorumaq” və virusun “zəif ölkələrdə” yayılmasının qarşısını almaq üçün mühüm olduğunu bildirir.

BMT-nin humanitar idarəsi cümə axşamı dünyanın ən yoxsul ölkələrinin COVID-19-un zirvə nöqtəsinə növbəti üç-altı ayda çatacağını, lakin həmin ərazilərdə indidən insanların işsiz və gəlirsiz qaldığını, ərzaq təchizatının azaldığını, uşaqların vaksinsiz qaldığını bildirir.

Təşkilat daha öncə 2 miyard dollar ianə istəyib, cümə axşamı isə ümumilikdə 6.7 milyard dollara ehtiyacının olduğunu bildirib.

"Əgər biz pandemiyaya və qlobal tənəzzülün təsirlərinə qarşı mübarizə aparan yoxsul ölkələri, xüsusilə də qadınlar, qızlar və təhlükəyə ən çox açıq digər qrupları dəstəkləməsək, bir neçə il boyunca bunun təsirlərinə məruz qalacağıq. Bu isə daha ağrılı olacaq və hər kəs üçün daha baha başa gələcək” , BMT-nin humanitar idarəsinin sədri Mark Loukok bildirib.

BMT həmçinin təhlükəyə açıq ölkələr siyahısına əlavə doqquz ölkənin əlavə edilməsinə çağırıb. Bunlar Benin, Cibuti, Mozambik, Pakistan, Filippin, Sierra Leone, Toqo və Zimbabvedir.

Bir çox ölkə son bir neçə aydır virusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan sərt məhdudiyyətləri aradan qaldırmağa başlayıb və orada rəsmilər ölkələrində ən pis vəziyyətin geridə qaldığına dair nikbinliklərini ifadə edir.

Lakin səhiyyə mütəxəssisləri xəbərdarlıq edir ki, əgər məhdudiyyətlər çox tez aradan qaldırılsa, yoluxma halları yenidən arta bilər.

Avropa ölkələrinin və bir neçə ABŞ ştatlarının hökümətləri bəzi müəyyən bzineslərin açılmasına icazə verib və insanlar sosial məsafə qaydalarına əməl etdikləri təqdirdə restoran və mağazalara gedə bilirlər. Səhiyyə rəsmiləri isə narahatdır ki, insanlar məhdudiyyətlərin qaldırılmasını virusun artıq yoxa çıxdığına dair işarə kimi qəbul edəcək.

Cənubi Koreyada yeni yoluxma halları demək olar sıfıra bərabərdir və ölkə artıq yeni tədbirlər görür. Cənubi Koreyanın ən böyük hava yolu şirkəti cümə axşamı bildirib ki, gələn aydan etibarən Birləşmiş Ştatlar, Avropa və Asiyanın bəzi hissələrinə uçuşları bərpa edəcək.

Cənubi Koreya höküməti həmçinin başqa ölkələrə maskaların göndərilməsini sürətləndirir, əsas diqqəti isə ən çox ehtiyacın olduğunu yerlərə ayırır.

Braziliyada Səhiyyə Nazirliyi bir gün ərzində rekord 10 500 yeni təsdiqlənmiş yoluxma halının olduğunu və bununla ölkədə ümumi yoluxanların sayı 125 000-ə çatıb.

Dünya boyu koronavirusa 3.8 milyon təsdiqlənmiş yoluxma, 264 min ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG