Accessibility links

BMT 75-ci ildönümünü qeyd edir


BMT 75-ci ildönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Bazar ertəsi BMT qlobal pandemiya və digər ciddi problemlər fonunda özünün 75-ci ildönümünü qeyd edir. Təşkilatın baş katibi belə bir şəraitdə daha güclü beynəlxalq əməkdaşlığın aktuallığını vurğulayıb.

BMT-nin nizamnaməsi 1945-ci ilin iyun ayında Kaliforniya ştatının San Fransisko şəhərində imzalanıb. İkinci Dünya Müharibəsinin vəhşiliklərinin təkrarlanmasının qarşısını almaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı beynəlxalq mübahisələrin sülh yolu ilə həlli üçün bir çərçivə təklif edib.

Baş katib Antonio Quterreş təşkilatın 75 illik yubileyini dünyanın müxtəlif çətinliklərlə qarşılaşdığı bir vaxt qeyd etdiyini deyib. “COVID-19 pandemiyası dünyadakı çatışmazlıqları ortaya çıxardı. Bütün bunları yalnız birlikdə həll edə bilərik. Bu gün çoxtərəfli problemlər və onların həlli yollarında problemlərimiz var.”

Qlobal koronavirus pandemiyasını izləyən Cons Hopkins Universitetinin məlumatına görə, dünya boyu virusa 31 milyondan çox insan yoluxub, 961 000-dən çox insan xəstəlik nəticəsində həyatını itirib.

Quterreş BMT-nin aclıq və yoxsulluğun azaldılması, xəstəliklərin aradan qaldırılması, milyonlarla münaqişə və fəlakət qurbanına yardım kimi uğurlarını qeyd edib. O həmçinin qarşıda böyük çətinliklərin olduğunu vurğulayıb. “İqlim fəlakəti yaxınlaşır. Bio-müxtəliflik dağılır. Yoxsulluq yenidən artır. Nifrət yayılır. Geosiyasi gərginlik artmaqda davcam edir.”

Yubiley BMT-nin dünya liderlərinin hər il toplandığı Baş Assambleyasının illik sessiyası ilə başlayıb. Pandemiya səbəbindən bu il keçirilən yığıncaqların əksəriyyəti virtual olaraq keçirilir və dünya liderləri video mesajlarla çıxış edir. BMT-nin iclas zalında isə hər ölkədən yalnız bir təmsilçinin iştirakına icazə verilir.

Amerika Birləşmiş Ştatları baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin ən böyük donorudur. Təşkilatı tənqid edən prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı və digər proqramların maliyyələşdirilməsini dayandırıb. “BMT-nin 75 illiyi qurumun güclü və zəif tərəfləri haqda suallar vermək, onun uğursuzluqlarını nəzərdən keçirmək və uğurlarını da qeyd etmək üçün doğru bir zamandır" - deyə, ABŞ-ın BMT-dəki səfirinin müavini Çerit Norman Şalet bildirib.

ABŞ ÜST-dən çıxmaq istədiyi bir vaxt Çin bu boşluğu doldurmağa çalışır. Çin prezidenti Şi Tsinpin “Çin çoxtərəfliliyin davamçısı olaraq qalacaq. Qlobal idarəetmə sisteminin islahatı və inkişafında fəal şəkildə iştirak edəcək. BMT-nin mərkəzi olduğ beynəlxalq sistemi dəstəkləməyə davam edəcək."

Lakin BMT irəliyə baxaraq, dünyanın üzləşdiyi bir çox problemi uğurla həll etmək üçün 193 üzv dövlətin hamısının birliyi və siyasi iradəsinə ehtiyac duyur.

XS
SM
MD
LG