Accessibility links

BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanla bağlı müzakirələr başlayıb


BMT və Azərbaycan bayraqları
BMT və Azərbaycan bayraqları

Noyabrın 11-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanda vəziyyət haqqında iki günlük müzakirələr başlayıb.

Sessiyada rəsmi Bakı Xarici Işlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Səhiyyə nazirlikləri, Baş Prokurorluq, Penitensiar Xidmət, parlament və digər qurumların yüksək vəzifəli şəxslərinin iştirakı ilə nümayəndə heyətilə təmsil olunur.

Müxtəlif dövlətlərin nümayəndə heyətlərinin üzvləri Azərbaycan təmsilçilərinə suallar verirlər. Əsasən onlar Avropa İnsan Haqları Məhkəməsinin qərarına zidd olaraq REAL Hərəkatının lideri İlqar Məmmədovun hələ də həbsdə saxlanması, həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara qarşı təzyiqlər, onlara qarşı zorakılığın tətbiqi ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyinin yubadılması, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin istintaq təxridxanasında işgəncə nəticəsində Turac Zeynalovun ölməsi barədə soruşublar.

Həmçinin vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin təqibi, QHT-lər sahəsində qanunvericiliyin sərtləşdirilməsi haqqında suallar qaldırılıb. Müzakirələrin yekununda mətbuat konfransının keçirilməsi gözlənilir.

Bir müddət əvvəl “Human Rights Watch” BMT Komitəsini Azərbaycan hakimiyyətinin hərəkətlərini pisləməyə, onlardan repressiyalara son qoymağı və bütün siyasi məhbusları azad etməyi tələb etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG