Accessibility links

BMT-də futbol həyəcanı [Video]


BMT-də futbol həyəcanı
please wait

No media source currently available

0:00 0:02:12 0:00

BMT-də futbol həyəcanı

Adətən öz ciddiyətlərini qoruyan diplomatların hamısı Dünya Çempionatının başlaması şərəfinə milli formalarını geyinib, birlikdə gülümsəyərək foto çəkdirib. Onlar Rusiyanın Səudiyyə Ərəbistanını 5-0 hesabı ilə məğlub etdiyi turnirin ilk oyununu canlı izləyiblər.

Rusiyanın BMT-dəki səfiri futbolun dünyanı birləşdirən qüvvə olduğunu qeyd edib.

“Bütün BMT böyük azarkeş zonasına çevrilib. Bizim bu ay edəcəyimiz daha böyük işlər var və mən ümid edirəm ki, ay boyunca futboldan və sülhdən zövq alacağıq. " - deyə, səfir Vassili Nebenziya bildirib.

İnsana elə gəlir ki, diplomatlar növbəti bir ay ərzində dünyada sülh axtarmağı dayandırıb yalnız oyun və əyləncəni düşünəcəklər. Ancaq əslində bu heç də belə deyil.

Cənubi Koreyada keçirilən son Olimpiya oyunları da onu göstərdi ki, idman yarışları dialoqlar üçün yeni imkanlar aça bilər.

“Bildiyiniz kimi fevral ayında keçirilən qış olimpiyadası Koreya yarımadasında sülhü bərpa etmək üçün yaxşı şans yaratdı. Bu da idmanın sülh üçün vacib əhəmiyyətini göstərir. Mən ümid edirəm ki, bu çümpionat da dünyaya sülh gətirmək üçün yeni imkanlar yaradacaq.” - deyə, Cənubi Koreyalı səfir Ço Tay-Yul qeyd edib.

Meksikanın səfiri isə bildirib ki, BMT və futbolun missiyaları oxşardır.

“Biz eyni ruhu paylaşırıq. BMT-də biz birlikdə işləyərək qlobal olaraq nələrisə inkişaf etdirməyə çalışırıq. Dünya Kubokunda da bu hiss var. Turnirə qatılan 32 ölkə eyni dünyavi ruhu paylaşır və dünyaya eyni sevinci yaşatmaq üçün birlikdə çalışır."

Futbolun birləşdirici ruhu hətta adətən parçalanmış olan BMT Təhlükəsizlik Şurasına da təsir edir

Bəzi ölkələrin komandasının Dünya Çempionatında iştirak etməməsinə baxmayaraq Təhlükəsizlik Şurasının bütün 15 üzvü öz milli formalarında bir araya gəlib.

Diplomatlar çempionatın baş verdiyi yerdən çox uzaqda olsalar da qəlbləri öz milli komandalarının yanındadır.

XS
SM
MD
LG