Accessibility links

BMW özü idarə olunan motosiklet nümayiş etdirib


BMW özü idarə olunan motosiklet nümayiş etdirib
please wait

No media source currently available

0:00 0:01:14 0:00

BMW-ninmühəndis Stefan Hansın rəhbərlik etdiyi komandası şirkətin R1200GS motosikletinin avtonom versiyasını hazırlayıb.

Motosiklet müstəqil şəkildə mühərrikin işə salınması, hərəkət etməsi, sürət yığması və naviqasiya etməsi üçün proqramlaşdırlıb. O həm də, tam dayanacaq nöqtəsində sürəti azaltmağa başlayır.

Almaniyanın avtomobil sənayesi nəhəngi BMW-nin motosiklet bölməsi olan BMW Motorrad, ağıllı proqram üzərində hazırlanmış prototipi kommersiya satışı üçün inkişaf etdirməyəcək.

Şirkət bu texnologiyanı sürücülərə yardım edəcək sistemlərin hazırlanması platforması kimi istifadə etmək niyyətindədir. Bu sistem təhlükəli vəziyyətlərin müəyyən edilməsi kimi xüsusiyyətlərə malik olacaq.

Stefan Hans:“Bu prototip bizə nəqliyyat vasitəsinin dinamikasının ilə bağlı məlumatlılığımızı genişləndirməyə, o cümlədən sürücünün davranışı və potensial hadisələrə necə reaksiya verəcəyini müəyyən etməyə kömək edəcək. Bu məlumatlar əsasında isə biz sistemdəki qüsurları düzəldə biləcəyik”

Tədqiqat iki il ərzində gizli həyata keçirib.

XS
SM
MD
LG