Accessibility links

Miqrantları daşıyan qayıq Bodrum sahili yaxınlığında batdı


Türkiyənin sahil təhlükəsizlik xidməti bildirib ki, bazar ertəsi mühacirləri daşıyan qayığın Bodrum şəhəri yaxınlığında sahildən cəmi 50 metrlik məsafədə batması nəticəsində iki nəfər həlak olub.

Sahil təhlükəsizlik xidmətinin verdiyi məlumata əsasən, 17 nəfər qayıqdan xilas edilib.

Sahil təhlükəsizlik xidmətinin açıqladığı bəyanatında deyilir ki, üç nəfər sahilə qədər üzə bilib. Lakin onlardan ikisi bir qədər sonra xəstəxanada ölüb.

Sağ qalanların axtarışları və xilasetmə əməliyyatları davam etdirilir.

Miqrantların milliyəti ilə bağlı hələlik məlumat verilməyib.

Türkiyə Yaxın Şərqdə və Afrikada münaqişlərdən qaçaraq daha firavan həyat qurmaq ümidi ilə Avropaya üz tutan mühacirlər tərəfindən tranzit kimi istifadə edilən ölkələrdən biridir.

XS
SM
MD
LG