Bazar günü Efiopiyada baş vermiş qəza səbəbilə bir çox ölkənin qadağa və məhdudiyyətlərindən sonra cümə axşamı Boeing şirkəti aviaşirkətlərə 737 MAX təyyarələrinin satışını dayandırdığını bildirib.
Bununla belə Boeing yeni məhsulunun istehsalını davam etdirəcək. Yeni proqram quraşdırılana qədər testlər aparılacaq və Efiopiyada baş vermiş qəza ilə bağlı araşdırmalar bəzi cavablar verəcəkdir.
"Onlar bunu tez həll etməlidir. Bunu özləri də bilirlər. Çox böyük təzyiq altındadırlar”, ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ-da daxil olmaqla, bir sıra ölkələrdə təyyarəyə qoyulan qadağa qarışıq reaksiyalara səbəb olub.
"Bunun uyğun bir şey olduğunu düşünürəm. Əslində, bu qərarı vermək üçün bu qədər zamanın lazım olduğu və biz başqalarının rəhbərliyini təqib etmək məcburiyyətində qaldığımız bir az məyusedicidir”, səyahətçi Monro Miller deyib.
"Məncə çox erkən qərardır. Zənnimcə bütün 737-lər belə problemli deyil. Fikrimcə, yeni əlavələrdə nəsə problem ola bilər”, səyahətçi Bruk Sadimək deyir.
Fransız avia mütəxəssisləri hal-hazırda Efiopiyada Əddis-Əbəbdən qalxan kimi qəzaya uğrayan və göyərtəsində olan 157 nəfərin həlak olduğu Boeing 737 MAX 8-in uçuş məlumatlarını və səs yazılarını yoxlamağa başlayıb.
Digər Boeing MAX 8 ötən ilin oktyabr ayında İndoneziya hava limanından havaya qalxdıqdan az sonra Yava dənizinə düşüb və göyərtəsində olan 189 nəfərin hamısı həlak olub.