Accessibility links

Donald Tramp Boeing təyyarə zavodunu ziyarət edəcək


Donald Tramp Cənubi Karolina ştatında yerləşən Boeing təyyarə zavodunu ziyarət edəcək. Səfər işçilərin beynəlxalq maşinist və fəza işçilərinin assosiasiyasına qoşulmaqdan imtina etməsindən bir neçə gün sonraya təsadüf edir.

Tramp Boeing 787-10 Dreamliner təyyarəsinin yeni versiyasına baxaçaq.

Boeing dünən Sinqapur hava yollar şirkətinin bu nəhəng təyyarənin 10-nu alacağını bəyan edib.

Hər bir təyyarə 300-dən artıq sərnişin daşıma qabiliyyətinə malikdir. Təyyarələrin istehsalında 30 min işçi iştirak edib.

Şimali Çarlston zavodunun işçiləri həmkarlar birliyinə qoşulmalı idi. Lakin onların 3-də 2 hissəsinin bunun əleyhinə səs verməsi ilə uzun zamandır aparılan kampaniya nəticəsiz qalıb.

Boeing-in vitse-prezidenti və baş meneceri Coan Robinson-Berri işçilərə ünvanladığı yazıda komanda şəklində parlaq gələcəyə dorğu irəliləyişə vəd verib.

XS
SM
MD
LG