Efiopiya rəsmiləri çərşənbə axşamı Boeinq 737 MAX 8 təyyarəsinin qəza səbəbləri barədə ilk rəsmi məlumat açıqlayaraq bildirib ki, Efiopiya Hava yollarının pilotu qəzadan əvvəl bütün prosedurlara tam əməl edib.
Nəqliyyat naziri Daqmavit Moqes deyib ki, araşdırmalar göstərib ki, təyyarə uçuş üçün tam yararlı vəziyyətdə olub və ekipaj üzvlərinin uçuşu həyata keçirmək üçün lisenziyaları və kvalifikasiyaları olub.
“Təyyarənin havaya qalxması çox normal olub. Və bundan sonra ekipaj üzvləri istehsalçı tərəfindən verilən prosedurları bir neçə dəfə ardıcıl həyata keçirib. Lakin təyyarəni idarə edə bilməyib” - deyə, Daqmavit Moqes bildirib.
157 hadisə qurbanının ailə üzvləri, tənzimləyicilər və dünya boyu səyahət edən insanlar yeni Boeinq təyyarəsinin havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğramasının izah edilməsini gözləyir.
Boeinq şirkəti aviasiya tənzimləyicilərini problemin həll olunduğuna inandırana qədər dünya boyu bütün 737 MAX 8 təyyarələri müvəqqəti uçuşları dayandırıb.