Accessibility links

"Boeing 737 MAX 8” təyyarəsinin uçuşlarının dayandırılması ilə bağlı çağırışlar güclənir


"Boeing 737 MAX 8” təyyarəsinin uçuşlarının dayandırılması ilə bağlı çağırışlar güclənir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Son altı ayda bütün sərnişinlər və heyətin ölümü ilə nəticələnən iki qəzadan sonra “Boeing 737 MAX-8” təyyarəsinin uçuşlarının dayandırılması ilə bağlı Birləşmiş Ştatlar hökumətinə çağırışlar güclənir. Onlarla ölkənin “Boeing 737 MAX-8” uçuşuna qadağa qoymasına baxmayaraq, Birləşmiş Ştatların Federal Aviasiya Administrasiyası təyyarənin istehsalçısına uçuşu təmin edən proqramı təkmilləşdirməklə bağlı göstəriş verib.

Bazar günü Əddis-Əbəbədən havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan Efiopiya Hava Yollarına məxsus 302 təyyarəsində ölən 157 nəfərin ailə üzvləri yas içərisindədir.

Ağ Ev Birləşmiş Ştatlar hökumətinin istintaqın ilkin mərhələsində olduğunu deyib. “Qurbanlar arasında azı 8 ABŞ vətəndaşı olub. Biz bütün mümkün yardımları təklif etmək məqsədilə Efiopiya hökuməti və Efiopiya Hava Yolları ilə birlikdə işləyirik” - deyə, Ağ Evin sözçüsü Sara Sanders bildirir.

“Boeing 737 MAX 8” təyyarəsinin son altı ayda iki dəfə qəzaya uğramasından sonra onlarla ölkə bu təyyarənin uçuşlarına qadağa qoyub. “Lion Air “ təyyarəsinin oktyabr ayının 29-da qəzaya uğraması təyarədə olan 189 nəfərin ölümünə səbəb oldu.

Təhqiqatlar aylarla zaman aparacaq, lakin ilkin araşdırmaların nəticələri qəzalar arasında oxşar səbəblərin olduğunu göstərib. Aviasiya üzrə ekspert Keliseus Bekel: “Aviasiya üzrə mütəxəssislər Max təyyarələrinin etibarlılığını, xüsusilə də uçuşa nəzarət avadanlığını sorğulayır. Onlar Efiopiya Hava Yollarının təhlükəsizliyini şübhə altına almır".

Federal Aviasiya Administrasiyası “737 MAX 8” təyyarəsinin uçuş üçün təhlükəsiz olduğunu elan edib və Boeing-in reaktiv təyyarənin uçuşu təmin edən proqramı aprel ayına qədər təkmilləşdirməsinə göstəriş verdiyini bildirib. Lakin Respublikaçı senator Mit Romni də daxil edilməklə, bir neçə senator Birləşmiş Ştatlar rəsmilərini bu təyyarənin uçuşuna qadağa qoymağa çağırır. “Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən və sağlam düşüncəyə görə daha çox informasiya alana qədər bu təyyarənin uçuşuna qadağa qoyulmalı olduğunu düşünürəm.”

Demokrat senator Elizabet Vorren isə bir az da irəli gedərək, Konqresi Tramp administrasiyasının Amerikanın bu aviasiya nəhəngini qoruyub-qorumadığı ilə bağlı təhqiqat aparmağa çağırıb.

Bu arada, prezident Tramp öz Twitter səhifəsində təyyarələrin uçmaq üçün çox mürəkkəb olduqlarından şikayət edib.

"Boeing" şirkəti isə öz bəyanatında ən çox satılan təyyarənin yeni versiyası olan “737 MAX 8”in təhlükəsizliyinə tam güvəndiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG