Accessibility links

Nigeriyada oğurlanmış məktəbli qızların saxlandığı yer məlum olub


Nigeriyada yüksək rütbəli rəsmilər hərbçilərin 200-dən çox oğurlanmış məktəbli qızın islamçı yaraqlılar tərəfindən saxlandığı yeri müəyyən etdiklərini, amma onları xilas etmək üçün güc tətbiq etməyin çətin olacağını bildirib.

Müdafiə ştabının rəisi Aleks Badeh Abujada müxbirlərə deyib ki, hərbi əməliyyat qızlar üçün təhlükəli ola bilər.

Qızlar aprel ayında ucqar Çibok kəndində məktəbdə imtahan verdikləri zamanı oğurlanıb.

Qızların yerlərinin məlum olması xəbəri sevinclə qarşılansa da, onlarla insan Nigeriya paytaxtına toplaşaraq hökuməti fəaliyyətsizlikdə günahlandıraraq nümayiş keçirir.

Qızların oğurlanmasına görə Boko Haram qrupu məsuliyyət daşıyır. Boko Haram qızların qruplarının həbsdə olan üzvləri ilə əvəz edilməsini istədiyini deyib.
XS
SM
MD
LG