Accessibility links

Boko Haram dullarının həyatında yeni başlanğıc


Boko Haram dullarının həyatında yeni başlanğıc
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Öldürülmüş Boko Haram döyüşçülərin həyat yoldaşları çox vaxt tənha həyat və dolanışıq problemləri ilə üzləşirlər. Nigeriyanın yerli qeyri-hökumət təşkilatı bu qadınların maliyyə cəhətdən müstəqil olmasına kömək edir.

Bu divarların içərisində bir çoxlarının qorxduğu bir qrup qadın var.

Boko Haram terrorçularının xanımları. Lakin indi onlar özlərini radikal İslamçı qruplaşmasından uzaqlaşdıraraq, öz həyatlarını qurmaq istəyirlər. Burada onlar pula necə qənaət etməyi və yeni biznes kooperativinə başlamağı öyrənirlər.

Aişə Əlinin əri Boko Haram üzvü olub və o, Nigeriyanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. O zamandan onun həyatı heç də asan olmayıb. Lakin o, toxuculuq sənətinə yiyələnməyə ümid edir. O söyləyir ki, keçdiyi təlim ona və uşaqlarına kömək edəcək və ona uşaqları məktəbə göndərib əziyyətlərimn son qoyacaq.

Aişə kimi bu qadınların bir çoxu onların həyat yoldaşlarının törətdikləri cinayətləri və ümumiyyətlə onların Boko Haramla münasibətlərindən bixəbər olublar.

Aişə Əli bildirir ki, insanlar onlardan qorxur. Bəziləri onun yoldaşının kim olduğunu bildikdə ona kömək etməkdən belə çəkinir.

Qadınlara kömək üçün Gələcəyə Şəfqət Fondu yalnız biznes bacarıqlarını tədris etmir, onun nəzdində həmçinin, bəzilərinin uşaqları üçün məktəb də açıb. Fondun məktəbinin direktoru olan Süleyman Əliyu deyir ki, bu uşaqların bəzilərinin ataları onların gözü qarşısında öldürülüb və qeydiyyatdan öncə uşaqlar və analara travma seansları verilir.

Məktəb etimad və məxfilik üzərində qurulub, beləliklə müəllimlər uşaqlardan hansının Boko Haram üzvlərinin uşaqları olduğu barədə məlumatı açıqlamırlar.

Təlim mərkəzində Boko Haram nümayəndələrinin dul qadınları ilə terrorçular tərəfindən öldürülmüş şəxslərin dul xanımları ilə birgə çalışırlar.

Lakin qadınları birlikdə bir otaqda oturtmaq (əyləşdirmək) çətin idi. Onların hamısı psixoloji dəstək proqramında iştirak edərək qarşılaşdıqları zorakılıqdan danışmalı idilər.

Fondun işçisi olan Kamil issa söyləyir ki, onlar bir-birləri ilə ünsiyyət qura bilərlər. Bu, baş verib, hadisə bu cür olub və siz bu insanlarla əlaqədə olmalısınız. Bunlar sizi öldürənlər deyil, bunlar öldürənlər deyil.

Dörd il əvvəl ürək tutması nəticəsində ölmüş Boko Haram terroristinin xanımı Hadizə Əci artıq qısa zamanda təlimlərin bəhrəsini görür.

O bildirib ki, indi o artıq çantalar hazırlayır, dörd ədəd çanta və altı kiçik əl çantası satıb. Bu isə uzun zamana ona dolanmağa kömək edəcək.

Qadınlar ümid edirlər ki, bu kiçik addımlar onlara yeni başlangıc üçün kömək olacaq - onları terror və zorakı həyatdan uzaqlaşdırıb, maddi təhlükəsizliyə malik həyata keçməyə körpü olacaq.

XS
SM
MD
LG