Accessibility links

BMT Boko Haram qrupunu hədəf alır


BMT 2009-u ildə hökumətə qarşı çıxandan bəri minlərlə insanı öldürən Nigeriyada qərargahlanmış islamçı Boko Haram qrupuna sanksiyalar tətbiq edə bilər.

Boko Haram 250-dən çox qızın oğurluğunda da təqsirləndirilir. ABŞ prezidenti Barak Obama oğurlanmış qızların axtarışına kömək etmək üçün qonşu Çad regionuna 80 ABŞ hərbçisi göndərib.

Qızlar Boko Haram yaraqlıları tərəfindən aprelin 14-də Nigeriyanın Kamerun və Nigerlə sərhədində, ucqar bölgədə yerləşən məktəbdən oğurlanıb. Onların saxlanıldıqları yer məlum deyil.

Qızların tapılması üçün Nigeriyanın əlavə beynəlxalq yardıma müraciət etdiyi bir vaxt qəzəbli sakinlər hökumətdən onların təhlükəsizliyini daha yaxşı təmin etməsini tələb edir.
XS
SM
MD
LG