Accessibility links

Boliviyada referendumun ilkin nəticələri Konstitusiyanın dəyişməyəcəyini göstərir


Bolivia's President Evo Morales, left, casts his ballot at a polling station in Villa 14 de Septiembre, in the Chapare region, Bolivia, Sunday, Feb. 21, 2016.
Bolivia's President Evo Morales, left, casts his ballot at a polling station in Villa 14 de Septiembre, in the Chapare region, Bolivia, Sunday, Feb. 21, 2016.

Evo Morales dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilmək üçün Konstitusiyaya dəyişiklik etməyə çalışır

Bazar günü Boliviyada keçirilən referendumun nəticələrinin ilkin hesablanması prezident Evo Moralesin dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilmək üçün Konstitusiyanı dəyişmək cəhdinin baş tutmayacağını göstərir.

“Cənab prezident, xalq qərar verib. Nəticələri qəbul edin və diqqətinizi gələn dörd il ərzində işləməyə verin. Bundan sonra daha seçki kampaniyaları aparmayın. Boliviyalı qadın və kişilərin üzləşdiyi iqtisadi, ədliyyə, səhiyyə və təhlükəsizlik problemlərini həll edin,” deyə Milli Birlik Cəbhəsi Partiyasının sədri Samuel Doria Medina bildirib.

Təhlilçilər prezidentin referendumda çox cüzi bir fərqlə uduzduğunu desə də, bazar günü vitse-prezident Alvaro Qarsiya səs saylarının çox yaxın olduğunu və hələ son qərar vermək üçün tez olduğunu bildirib.

Bundan əlavə prezident Moralesin 2007-ci ildə sevgilisi ilə birlikdə uşaq dünyaya gətirdiyi, lakin körpənin naməlum şəraitdə öldüyü ilə bağlı xəbərlər yayılıb.

Morales isə bu ittihamları diqqəti onun hakimiyyətdəki on ili ərzində Boliviyadakı ifrat yoxsulluğu azaltmaq və yerli əhaliyə daha çox imkanlar yaratmaq yolunda əldə etdiyi nailiyyətlərdən yayındırmaq üçün istifadə olunan murdar taktikalar kimi qiymətləndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG