Accessibility links

Boliviyada Evo Moralesin beş tərəfdarı ölüb


Coca growers, supporters of former President Evo Morales, run away from tear gas as one of them kicks a tears gas canister during clashes with riot police in Sacaba, in the outskirts of Cochabamba, Bolivia November 15, 2019. REUTERS/Danilo Balderrama
Coca growers, supporters of former President Evo Morales, run away from tear gas as one of them kicks a tears gas canister during clashes with riot police in Sacaba, in the outskirts of Cochabamba, Bolivia November 15, 2019. REUTERS/Danilo Balderrama

Fransanın AFP xəbər agentliyinin verdiyi məlumata görə, Boliviyada cümə günü etirazçılarla təhlükəsizlik qüvvələri arasında zorakı qarşıdurmalar nəticəsində sabiq prezident Evo Moralesin beş tərəfdarı həyatını itirib.

Rəsmilər Koçabambadan kənarda ölüm halları barədə məlumat verməsə də, 100 nəfərin həbs olunduğunu bildirib. Mediada səkkiz nəfərin yaralandığına dair xəbərlər yer alıb.

Qarşıdurma cümə günü Koçabambanın ətrafında yaşanıb. Orada minlərlə kakao fermeri müvəqqəti lider Cenin Aneza qarşı etiraz etmək üçün 18 kilometr uzaqda yerləşən paytaxta getməyə çalışıb.

Lakin polis onları blok edib və körpünü keçmələrinə icazə verməyib.

Etirazçılar “tapança, silah, Molotov kokteyli, evdə düzəldilmiş bazuka və partlayıcı cihazlar gətirib”, Koçabamba polisinin komandiri polkovnik Ceymi Zurita bildirib.

İzdiham qaranlıq çökəndən sonra iğtişaş polisi tərəfindən dağıdılıb Onlara isə ordu və helikopter tərəfidnən dəstəklənib.

Morales oktyabrın 20-də yenidən prezident seçilməsi səbəbilə həftələrlə davam edən etirazlardan sonra təhlükəsizlik qüvvələrinin dəstəyini itirməsi nəticəsində Meksikaya qaçıb.

Cümə günü ölən etirazçılarla birlikdə iğtişaş nəticəsində ölənlərin ümumi sayı 15, yaralananların sayı isə 400-ə çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG