Accessibility links

Bolqarıstanda etirazlar


Korrupsiyaya qarşı olan və mühafizəkar hökumətin istefasını tələb edən minlərlə etirazçı dörd gündür Sofiya və Bolqarıstanın digər şəhərlərındə etiraz nümayişləri keçirir.

Sofiyadakı hökumət binasının qarşısından keçərək, "Mafia!" və "İstefa!" şüarları səsləndirən 3 mindən çox etirazçı parlamentə doğru gedib.

Paytaxtda etirazlar cümə axşamı güclü silahlanmış polis və prokurorluğun prezident qərargahına basqısından sonra başlayıb.

Prezident Rumin Radevin qanuni işlər, korrupsiyaya qarşı mübarizə naziri, təhlükəsizlik və müdafiə müşaviri dindirilmək üçün nəzarət altına alınıb. Onların idarələrində iki ayrı-ayrı istintaq çərçivəsində nüfuz və dövlət sirlərinin açıqlnması ilə bağlı axtarış aparılıb.

Etirazlar bazar günü ölkənin azı 10 şəhərində də keçirilib.

Baş prokurorun Sofiya hökumətinə və sosialistlərin dəstəklədiyi Radevə qarşı hücumları minlərlə insanın qəzəbinə və küçələrə çıxmasına səbəb olub.

Prezident baş nazir Boyko Borisovun kabinetini açıq şəkildə tənqid edərək, onu "oliqarxlarla əlaqədə" ittiham edir.

Borisov şənbə günü istefa verməkdən imtina edib. Əleyhdarları onun hakimiyyətdən getməsi üçün 1 milyon onlayn imza toplamağı planlaşdırır.

XS
SM
MD
LG