Accessibility links

Bolqarıstan miqrant axınının qarşısını almaq üçün Türkiyə ilə sərhəddə nəzarəti gücləndirir


Rəsmi Ankaranın suriyalı qaçqınların Avropa İttifaqı ərazisinə daxil olmasına icazə vermək üçün sərhədə nəzarətini azaldacağı ilə bağlı xəbərlər yaydıqdan sonra Bolqarıstan Türkiyə ilə sərhədi boyunca təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib.

Baş nazir Boyko Borisov fevralın 28-də hökumət iclası zamanı bildirib ki, "Artıq sərhədə qüvvələr yerləşdirilib və dəniz sərhədini qorumaq üçün tədbirlər gücləndirilib".

Türkiyə mediası Suriyada münaqişənin gərginləşməsi fonunda yüksək vəzifəli rəsminin Ankaranın "suriyalı qaçqınların Avropaya getməsinə mane olmamaq" qərarı verdiyini söyləməsindən sonra yüzlərlə miqrantın Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədlərinə doğru axın etdiyi barədə məlumat verib.

Adı açıqlanmayan Türkiyə rəsmisi Reuters-ə bildirib ki, polis, sahil mühafizəsi və sərhəd təhlükəsizliyi xidmətlərinə qaçqınların Avropaya quru və dəniz vasitəsi ilə keçmələrinə mane olmamaq əmri verilib.

Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov Sofiyanın qanunsuz miqrant axınının qarşısını almaq üçün 1000 qoşun və 140 ədəd hərbi texnikanı Türkiyə ilə sərhədə yerləşdirməyə hazır olduğunu söyləyib.

Nazirlikdən verilən məlumata görə, sərhəd polisi təxminən 30 nəfərdən ibarət iki qrupun Türkiyədən Bolqarıstana daxil olmasının qarşısını alıb.

Baş nazir Boyko Borisov məsələni müzakirə etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı təşkil etdiyini bildirib.

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən, Türkiyə Suriyadan və digər ölkələrdən Avropaya miqrasiya axınını məhdudlaşdırmışdı.

Sazişə əsasən Aİ suriyalı qaçqınlarına ev sahibliyi etməsi üçün Ankaraya 6 milyard avro məbləğində yardım vəd etmişdi.

Avropa Komissiyasının sözçüsü Piter Stano bildirib ki, Türkiyə rəsmiləri sazişə hər hansı bir dəyişiklik barədə Brüsselə rəsmi bildiriş verməyib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG