Accessibility links

Bolqarıstan rus diplomatı casusluq ittihamı ilə ölkədən qovur


Bolqarıstan rusiyalı diplomatı casusluqda ittiham edir və onu ölkədən qovur.

“Bolqarıstan Respublikasının xarici işlər nazirliyi Rusiyanın Sofiyadakı səfirliyinin diplomatını persona non grata elan edib və ona diplomatik statusu ilə uyğun olmayan fəaliyyətinə görə ölkəni tərk etmək üçün 72 saat vaxt verib,” Bolqarıstanın xarici işlər nazirliyi cümə günü bəyanatda bildirib.

Rusiya diplomata qarşı ittihamların “əsassız” olduğunu söyləyib.

İttihamçılar deyir ki, diplomat illər boyu ABŞ qoşunlarının Bolqarıstana yerləşdirilməsi ilə bağlı məlumat toplayıb.

ABŞ-ın Bolqarıstandakı səfirliyi bəyanatında: “biz son həftələr və aylarda Rusiya rəsmilərinin Bolqarıstanda casusluqtan tutmuş, həm ölkə daxilində həm xaricdə əleyhdarları zəhərləməyə kimi bir sıra aqressiv addımlar atdığını müşahidə etmişik. Bolqarıstan güclü NATO müttəfiqi və tərəfdaşıdır və suverenliyini qorumaq kimi ayrılmaz hüquqa sahibdir”

Nə Bolqarıstan nə də Rusiya diplomatın kimliyini açıqlamayıb, lakin Associated Press bildirir ki, yerli media diplomatın polkovnik Vasili Sazanoviç olduğunu müəyyən edib.

Bolqarıstan son bir il ərzində casusluqda ittiham etdiyi azı beş Rusiya diplomatını evdən qovub.

Şərqi Avropa ölkəsi NATO və Avropa İttifaqının üzvü olsa da, Soyuq Müharibə dövründə Rusiyanın ən yaxın müttəfiqlərindən biri idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG