Accessibility links

Bolton Əsəd rejiminə kimyəvi silahlarla bağlı xəbərdarlıq etdi


ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton Suriya hökumətinə xəbərdarlıq edib ki, ABŞ ordusunun ölkədən çıxması kimyəvi silahlardan istifadəyə göz yumulacağı demək deyil.

“ABŞ-ın Suriya rejimi tərəfindən kimyəvi silahlardan istifadəsinə qarşı olan mövqeyində və kimyəvi silahlardan istifadəyə sərt cavabın verililməli olması ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Biz daha öncə bunu iki dəfə etmişik.” - deyə Bolton İsrailin Tel Əviv şəhərinə enəndən sonra müxbirlərlə söhbəti zamanı bildirib.

“Buna görə də, Əsəd rejimi bu məsələdə heç bir xəyallara qapılmamalıdır.”

Bolton əlavə edib: “Ordunun ölkədən çıxması prosesinin və bunun nəticələrinin necə olacağı haqda müzakirələrimizi apardığımız bir zaman, Əsəd rejimi bu qərarın kütləvi silahların istifadəsi ilə bağlı bizim mövqeyimizdə hər hansı bir yumşalmanı ifadə etməsi kimi görməməlidir.”

XS
SM
MD
LG