Accessibility links

Bolton: ABŞ hərbi qüvvələri Suriyadan şərtlər əsasında çıxarılacaq


ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton

Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib ki, Birləşmiş Ştatların hərbi qüvvələri Suriyadan birdən çıxarılmayacaq.

Con Bolton bazar günü İsrailə səfəri zamanı bildirib ki, hərbi qüvvələrin çıxarılması İslam Dövləti qrupunun məğlub edilməsi məsələsindən asılıdır.

Bolton deyib ki, Tramp “İŞİD xilafətinin dağıdılmasını istəyir”.

Milli təhlükəsizlik müşaviri həmçinin bildirib ki, ABŞ Türkiyədən Amerika hərbi qüvvələrinin çıxarılmasından öncə Birləşmiş Ştatların müttəfiqi olan kürd döyüşçülərinin təhlükəsizliyinə dair qarantiyalar istəyir.

ABŞ hərbi qüvvələrinin əsgərləri Suriyada Manbic şəhərindəki mövqedən ərazini izləyir.
ABŞ hərbi qüvvələrinin əsgərləri Suriyada Manbic şəhərindəki mövqedən ərazini izləyir.

Trampın dekabrın 19-da gözlənilmədən cihadçı qrupun Suriyanın şimalından sıxışdırılıb çıxardılmasında mühüm rol oynayan və İŞİD-ə qarşı mübarizədə kürd qüvvələrinə dəstək göstərən ABŞ hərbi qüvvələrinin Suriyadan geri çəkməsi haqda qərarı ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşavirləri, respublikaçı və demokrat qanunvericilər tərəfindən böyük təəccüblə qarşılanmışdı.

ABŞ prezidenti Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarıldığını elan etdiyi zaman geniş tənqidlərə məruz qalmışdı. Hərbi qüvvələrin Suriyadan çıxarılmasının bir neçə həftə ərzində baş verəcəyi ehtimal edilir.

Tənqidçilər bildirir ki, Trampın hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarı İŞİD-in əməliyyatlarını bərpa etməsinə gətirib çıxara bilər. Onlar bu addımın Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirə biləcəyini bildirir.

XS
SM
MD
LG