Accessibility links

Bolton Nemtsovun memorialı önünə əklil qoyub


Bolton Nemtsovun memorialı önünə əklil qoyub
please wait

No media source currently available

0:00 0:01:26 0:00

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvaya səfəri zamanı Boris Nemtsovun öldüyü yerdə onun xatirə memorialının önünə əklil qoyub. Tanınmış müxalif siyasətçi, Kremlin kəskin tənqidçisi olmuş Boris Nemtsov 2015-ci ilin fevralın 27-də ayında Moskvada güllələnərək öldürülmüşdü.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir strateji silahlara nəzarət sisteminin gələcəyini müzakirə etmək üçün Rusiyaya səfər edib.

ABŞ –ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Rusiya prezidenti Vladimir Putin Moskvada görüş zamanı, 23 oktyabr, 2018.
ABŞ –ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Rusiya prezidenti Vladimir Putin Moskvada görüş zamanı, 23 oktyabr, 2018.

Con Bolton Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşlər keçirib. Bolton və Putin arasında görüş prezident Donald Trampın Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları arasında raketlərin ixtisarına dair 1987-ci il müqaviləsindən çıxmaq istədiyini elan etməsindən sonra keçirilib.

Müqavilə 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmışdı. Tramp Rusiyanın 1987-ci ildə imzalanmış müqaviləni pozaraq, raket istehsal edib, sınaqdan keçirməkdə ittiham edib.

Rusiya ABŞ-ın müqavilədən çıxdığı halda cavab ölçüləri götürüləcəyini bildirib.

XS
SM
MD
LG