Accessibility links

Yəməndə hücumlar zamanı 56 nəfər həlak olub


Yəmən rəsmiləri bildirir ki, Əl-Qaidə yaraqlılarının ölkənin cənubunda eyni vaxtda həyata keçirdiyi üç hücum 56 polis işçisi və əsgərin ölümünə səbəb olub.

Hücumlardan biri Şabva vilayətində yerləşən hərbi düşərgədə baş verib. Avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində 38 əsgər həlak olub. Digər partlayış isə düşərgəyə yaxın ərazidə baş verib.

Yaraqlıların həmçinin Mayfaa qəsəbəsində yerləşən hərbi qərargaha hücumu zamanı 10 əsgərin öldürüldüyü deyilir.

Hücumlara görə məsuliyyəti öz üzərinə dərhal götürən olmayıb. Ancaq rəsmilər hücumlarda Əl-Qaidənin Ərəbistan yarmadasında fəaliyyət göstərən qrupunu günahlandırır.

Yəmən rəsmiləri Qərb ölkələrinin terrorçu şəbəkənin ən təhlükəli qrupu hesab etdiyi Ərəbistan yarmadasında Əl-Qaidəyə qarşı mübarizə aparır.
XS
SM
MD
LG