Accessibility links

Boris Conson: Rusiya Dünya kubokundan Hitlerin Olimpiadada etdiyi kimi istifadə edir


Britaniyanın xarici işlər naziri Boris Conson deyib ki, Rusiya prezidenti Vladimir Putin Dünya kubokuna ev sahibliyi etməklə Adolf Hitlerin 1936-cı ildə nasist Almaniyasında Olimpiya oyunlarından istifadə etdiyi kimi Rusiyanın imicini yaxşılaşdırmağa çalışacaq.

Rusiya futbol üzrə Dünya çempionatına yayda ev sahibliyi edəcək. Britaniya parlamentinin müxalif üzvü İyen Ostin deyib ki, Putin çempionatdan Rusiyanın imicini yaxşılaşdırmaq üçün istifadə edəcək və bunu Hitlerin Almaniyada Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə müqayisə edib.

Conson Britaniya parlamentində qanunvericilər qarşısında çıxış edərək, bu qiymətləndirmə ilə razı olduğunu bildirib. “Moskvada Dünya kubokunda bütün yerlərdə nə olacağı ilə bağl sizin dəyərləndirməniz, 1936-cı illə müqayisə, fikrimcə, tamamilə düzgündür”, Boris Conson deyib.

Conson bu ay İngiltərənin Salsböri şəhərində Rusiyanın keçmiş agenti Sergey Skripalın zəhrləndirilməsi ilə bağlı sorğu-sual edilib.

Britaniya Skripalın zəhərlənməsində Rusiyanı günahlandırıb və Rusiyanın 23 diplomatını ölkədən çıxarıb. Lakin Rusiya zəhərlənmə ilə əlaqəsi olduğunu rədd edir.

Ruslar Rusiyaya gedən İngiltərə azarkeşlərinin təhlükəsizliyini təmin etməlidir.
Boris Conson

Britaniya həmçinin Dünya kubokuna nazirlər, ya da kral ailəsinin üzvlərinin daxil olduğu nümayəndə heyətinin göndərilməyəcəyini bildirib. Lakin Conson deyib ki, İngiltərə komandasının oyunçularının çempionatdan çıxması ədalətsizlik olardı.

Bununla belə, Conson İngiltərə komandasının azarkeşləri və Britaniya səfirliyi və konsulluğunun onları müdafiə etmək qabiliyyəti ilə bağl narahatlığını ifadə edib.

İngiltərə və Rusiya azarkeşləri arasında Fransada 2016-cı ildə Avropa çempionatında toqquşmalar baş vermişdi.

Conson deyib ki, Dünya kuboku üçün Rusiyaya getmək istəyənlərin müraciətlərinin sayı 2014-cü ildə bu mərhələdə Braziliyaya futbol üzrə dünya çempionatına getmək üçün müraciətlərin dörddə biri qədərdir.

“Ruslar Rusiyaya gedən İngiltərə azarkeşlərinin təhlükəsizliyini təmin etməlidir”, Conson əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG