Accessibility links

Boris Consonun gizli mərasimlə evləndiyi deyilir


Britaniyanın baş naziri Boris Conson şənbə günü Vestminster kilsəsində gizli bir mərasimlə nişanlısı Karri Simondsla evlənib. Bu barədə The Sun və Mail on Sunday qəzetləri məlumat paylaşıb.

Consonun ofisinin sözçüsü xəbərlərə münasibət bildirməyi rədd edib.

Hər iki qəzet qonaqların Londonun mərkəzində keçirilən mərasimə son anda dəvət olunduğunu və hətta Consonun ofisinin yüksək səviyyəli üzvlərinin belə toy planlarından xəbərsiz olduğunu bildirib.

Hazırda İngiltərədə toy mərasimləri COVID-19 səbəbilə 30 nəfərlə məhdudlaşdırılıb.

Katolik kilsəsi qəfildən yerli vaxtla gündüz saat 1:30-da bağlanıb və bundan 30 dəqiqə sonra 33 yaşlı Simonds kilsəyə üzərində uzun ağ libasla bir limuzində gəlib.

56 yaşlı Conson və 33 yaşlı Simonds Conson 2019-cu ildə baş nazir seçiləndən bəri Dauninq-stritdə yaşayır.

Onlar ötən il nişanlandıqlarını və uşaq gözlədiklərini elan etmişdilər. Onların oğlu Vilfred Louri Nikolas Conson 2020-ci aprel ayında dünyaya gəlib.

Bu ayın əvvəli The Sun qəzeti cütlüyün dostları və ailələrinə 2022-ci ilin iyul ayına təyin olunan toy dəvətnamələrinin göndərildiyini bildirib.

Consonun özəl həyatı qəlizdir. O bir dəfə müxalifətdə ikən evlilikdən kənar münasibəti ilə bağlı yalan danışdığına görə Mühafizəkarlar Partiyasının siyasət komandasından xaric edilib. O iki dəfə boşanıb və neçə övladının olduğunu söyləməyi rədd edir.

Conson son dəfə vəkil Mariana Uilerlə evil olub. Onların birlikdə dörd övladı olub və onlar 2018-ci ilin sentyabr ayında ayrıldıqlarını elan ediblər.

XS
SM
MD
LG