Accessibility links

Bosniyada neft emalı zavodunda patlayış


Bosniya rəsmiləri ölkədə Rusiyaya aid neft emalı zavodunda partlayışın baş verdiyini, nəticədə səkkiz nəfərin yaralandığını bildirib.

Xorvatiyanın SBTV CROATIA yayım şirkəti çərşənbə axşamı axşam saatlarında Bosanski Brod şəhərində yerləşən zavodda yanğın və alovların olduğunu göstərən video yayımlayıb.

Bosanski Brodun meri İliya Coviciç Twitter hesabında yazıb ki, yerli səlahiyyətli orqanlar partlayışın səbəb olduğu yanğını söndürüb. Hazırda məsələ ilə bağlı istintaq aparılır.

XS
SM
MD
LG