Accessibility links

Tamerlan Tsarnayevin adı 2011-ci ildə terror təhlükəsi törədən şəxslərin siyahısında olub


Boston Marathon Explosions
Boston Marathon Explosions
ABŞ rəsmiləri Boston marafonu zamanı bomba hücumlarında şübhəli bilinən qardaşlardan birinin adı 2011-ci ildə əks-terror siyahısına salındığını bildiriblər.

Mərkəzi Kəşfiyyat agentliyi Rusiya hökumətinin Tamerlan Tsarnayevin radikal islamçı olması ilə əlaqədar narahatlığını bildirməsindən sonra onun adını siyahıya salıb.

Rəsmi Moskva Federal Təhqiqat Bürosuna Tamerlan Tsarnayevlə bağlı eyni xəbərdarlığı etmişdi. Rəsmiərin bildirdiyinə görə, agentlik təhqiqat işi açmış, lakin sonradan onun təhlükə törətmədiyinə dair nəticə çıxarmışdır.

ABŞ qanunvericiləri aprelin 15-də Bostonda marafon zamanı dörd insanın ölümü, 170 insanın isə yaralanması ilə nəticələnmiş bomba partlayışlarından sonra hüquq-mühafizə orqanları və kəşfiyyat agentlikləri arasında məlumatın bölüşdürülməsi məsələsilə əlaqədar narahatlıqlarını bildirib. Rəsmilər ABŞ Senatının tam tərkibdə iclasında qanunvericiləri vəziyyətlə bağlı məlumatlandıracaq.

Təhqiqatçıların bildirdiyinə görə, 26 yaşlı Tamerlan və onun 19 yaşlı qardaşı Cövhər bombanı marafonun finiş xətti yaxınlığında yerləşdirmişdi. Tamerlan keçən həftə polis tərəfindən təqib zamanı öldürülüb, Cövhər isə bundan bir gün sonra ələ keçirilib.

Cövhər Tsarnayevə qarşı kütləvi qırğın silahlarından istifadə ittihamı irəli sürülüb.
XS
SM
MD
LG