Accessibility links

ABŞ-ın Ali Məhkəməsi Tsarnayevin ölüm hökmünün bərpası iddialarını nəzərdən keçirir


Çərşənbə günü ABŞ Ali Məhkəməsi federal hökumətin Boston Marafonu zamanı Cövhər Tsarnayevin 2013-cü ildə 3 adamın ölümü və 260-dan çox insanın yaralanması ilə nəticələnən hücumdakı roluna görə edam hökmünün bərpası ilə bağlı iddialarını dinləyib.

Prezident Co Baydeniin federal səviyyədə edam cəzasının ləğvi niyyətini ifadə etməsinə baxmayaraq, administrasiyası Tsarnayevin ölüm hökmünü ləğv edən aşağı məhkəmənin qərarının ləğvinə çalışır.

Daha əvvəl, Baydenin sələfi Tramp administrasiyası dövründə Ədliyyə Nazirliyi tərəfindən ölüm hökmünün ləğvinə dair apellyasiya şikayəti verilmişdi.

Hökumət aşağı məhkəmənin 2020-ci il tarixli qərarına etiraz edir və Tsarnaevin ölüm cəzasına uyğun cinayətlərə görə alması lazım olan hökmlə əlaqədar yeni istintaqın başladılmasını istəyir.

Ali Məhkəmənin iyun ayının sonuna qədər verəcəyi bir qərarla Tsarnaev ən azından ömrü boyu həbsxanada qalacaq.

Hazırda o, Kolorado ştatının Florensiya şəhərindəki "Supermax" federal həbsxanasında saxlanılır.

ABŞ-da 17 il ərzində heç bir federal məhkum edam edilməsə də, Trampın səlahiyyət müddətinin son altı ayı ərzində 13 edam icra edilmişdi.

Doqquz hakim qarşısında duran məsələlərdən biri hadisəni işıqlandıran qlobal medianın bölgə məhkəməsi hakimlərinin qərarına təsir edib-etməməsidir.

Aşağı məhkəməyə sədrlik edən ABŞ bölgə hakimi Corc O'Tulun münsiflərin seçim prosesi zamanı onlara kifayət qədər məlumat verməməsi də sual doğurur.

Hakim Sonia Sotomayor münsiflərin işin mediada işıqlandırılmasına məruz qalmaları ilə əlaqədar niyə daha yaxından sorğu-sual edilmədiyini soruşub.

Cövhərin 26 yaşlı qardaşı Tamerlan Tsarnayev polislə silahlı atışmadan qaçarkən polis tərəfindən vurularaq öldürülüb.

Polislər bir neçə saat sonra Cövhər Tsarnayevi Boston şəhərinin yaxınlığındakı Votertoundakı bir həyətdə saxlanan qayıqda tapıb.

Tsarnayev 2013-cü il aprel ayının 15-də ev şəraitində düzəldilmiş iki bombanı marafonun finiş xəttində partladıb.

XS
SM
MD
LG