Accessibility links

ABŞ və Rusiya əks-terrorizmə dair birgə səylərini daha da gücləndirəcək


Boston marafonunda baş vermiş bomba partlayışlarından sonra Rusiya və ABŞ terrorizm əleyhinə birgə səyləri daha yaxından aparacaqlarına söz verib.

Ağ Ev və Kremlin açıqladığı bəyanatda deyilir ki, iki ölkə lideri bu gün telefonda bir-birilərilə danışıb. Telefon danışığı dünən axşam saatlarında etnik çeçen olan şübhəli Cövhər Tsarnayevin ələ keçirilməsindən sonra baş tutub.

Kreml bildirib ki, prezident Vladimir Putin bir daha ABŞ prezidenti Barak Obamaya həftənin əvvəli baş vermiş partlayış zamanı həyatını itirmiş insanlara görə təəssüf hissi keçirdiyini deyib. Kremlin açıqladığı bəyanatda habelə deyilir ki, cənab Putin iki ölkənin təhlükəsizliklə bağlı daha yaxında işləməsinin yollarını müzakirə etmək istədiyini bildirib.

Ağ Evin bəyanatda isə cənab Obamanın əks-terrorizmlə bağlı Birləşmiş Ştatların Rusiyadan aldığı dəstəyi yüksək qiymətləndirdiyi deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG