Accessibility links

Bostonda ilk qadın və ilk Asiya mənşəli mer seçilib


Bostonda seçicilər şəhərin uzun siyasi tarixində böyük irəliləyiş əldə ediblər. Onlar ilk dəfə bir qadın və Asiya mənşəli birini mer seçiblər. Şəhər Şurasının üzvü Mişel Vu şəhərin ən yüksək siyasi vəzifəni icra edəcək.

Vunun qələbəsi şəhər üçün böyük bir dəyişikliyi qeyd edir. Bostonda Vudan öncə yalnız ağdərili kişlər mer seçilmişdi.

“Ötən gecə oğullarımdan biri məndə oğlanların Bostonun meri seçilə bilib-bilmədiklərini soruşdu. Onlar daha öncə seçilib və gələcəkdə bir gün yenə seçiləcəklər, amma bu gün deyil,” Vu tərəfdarlarına söyləyib.

Vunun Bostonun şəhər şurasının üzvü Annissa Essaibi Corca qalib gəlməsi çox yaxın keçmişdə etnik məhəllələri, irlandiyalı soyadlı istiqanlı siyasətçiləri və merləri ilə tanına Bostonun dəyişdiyinə işarə edir.

Vu noybarın 16-da and içərək, vəzifəsinin icrasına başlayacaq.

“Biz bu ana hazırıq. Biz hər kəsin Bostonu olmağa hazılıq. Biz insanları uzaqlaşdırmayan, əksənə şəhərimizi ev adlandıran hər kəsə qucaq açan Boston olmağa hazırıq,” Vu deyib.

Vu çıxış etmədən qısa müddət öncə Essaibi Corc məğlub olduğunu açıqlayıb.

“Mən Mişel Vunu təbrik etmək istəyirəm. O, Bostonun meri seçilən ilk qadın, ilk asiyalı-amerikalıdır. Mən bilirəm ki, bu heç də kiçik bir uğur deyil,” Essaibi Corc deyib.

Vu bir neçə yüksək vəzifəli siyasətçilərin, o cümlədən mer vəzifəsini icraə edən Kim Cani, ABŞ senatorları Elizabet Uorren və Edvard Marki və ABŞ Nümayəndə Palatasının üzvü Aynanna Preslinin dəstəyini qazanmışdı.

Bu seçki tarixi boyu irqi çəkişmələrin yaşandığı Boston üçün böyük bir dəyişiklik oldu.

Merliyə beş əsas namizədin hər biri etnik azlıq nümayəndəsidir.

36 yaşlı Vunun valideynləri ABŞ-a Tayvandan köçüb. O, Çikaqo şəhərində böyüyüb və daha sonra Harvard Universitetində oxumaq üçün Bostona yerləşib.

47 yaşlı Essaibi Corc isə Bostonda doğulub, başa çatıb. O, keçmiş məktəb müəllimidir və özünü birinci nəsil ərəb-polşalı amerikalı olaraq təsvir edir. Onun atası tunisli müsəlman immiqrant olub. Anası ilə polşadan immiqrasiya edən bir katolikdir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG